Əl-Maidə surəsi · 20-cu ayə

Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi və sizi (insanlara) padşahlar etdiyi və sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiyi şeyi verdiyi zamandakı nemətini xatırlayın».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 20
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Xatırlayın) O zaman ki, Musa öz qövmünə dedi: "Ey mənim qövmüm! Özünüzə Allahın nemətini xatırladın. Bir zaman ki, sizin aranızda peyğəmbərlər qərar verdi, sizə mükafatlar təyin etdi (Var-dövlət, can, namus, hökumət sahibi oldunuz) sizə elə şeylər verdi ki, aləmdəkilərdən kimsəyə verilməmişdi.”
Nöqtələr
İlahi nemətlərin yada salınması Allah eşqi, nemətlərin şükrü, bəndəlik, ilahi göstərişlər qarşısında təslimçilik səbəbidir.
"Məlik” həm hakim və rəhbər, həm də sahib mənasını bildirir. Bir rəvayətdə peyğəmbərin belə buyurduğu nəql olunur: "Bəni-İsraildə arvadı, xidmətçisi, miniyi olan kəsə malik deyirdilər.”  Əgər ayədəki "muluk” sözünü "sultan”kimi mənalandırsaq, təbii ki, bütün xalq sultan ola bilməz. Ona görə də uyğun söz ixtiyar sahibi kimi mənalandırılmalıdır.
Nil çayından keçmək, "mənn və səlva” kimi nemətlərin göndərilməsi, on iki su çeşməsinin qaynaması Bəni-İsrailə əta olunmuş xüsusi nemətlərdən idi və bu ayə həmin nemətlərə işarə edir.
Bildirişlər
1. Xalqı dəvət edərkən onun mənəvi hisslərindən istifadə olunmalıdır.
2. İlahi göstərişləri bəyan etməzdən qabaq xalq ilahi lütflərin yada salınması ilə hazırlanmalıdır. (Bu ayədə nemətlər zikr olunur, növbəti ayədə mühüm ilahi göstəriş bildirilir.)
3. Nübuvvət, hökumət və qüdrət ən böyük nemətlərdəndir.
4. İlahi nemətlərin xalqa xatırladılması peyğəmbərlik vəzifələrindəndir.
5. Həzrət Musadan qabaq da Bəni-İsrail arasında peyğəmbərlər olmuşdur. Həzrət Musa onların varlığını bir nemət kimi yada salır.
6. Peyğəmbərlər hakimiyyət və istiqlal üçün zəmin yaratmışlar.
7. Tarixdən ibrət götürək. Musanın qövmü xüsusi ilahi lütflərdən bəhrələndikdən və hakimiyyətə çatdıqdan sonra zillət və miskinliyə düça oldular. Kimsəyə verilməmiş nemətlər ilahi qəzəbə çevrildi.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 20-cu ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 20-cu ayəsi nə haqqındadır?
Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi və sizi (insanlara) padşahlar etdiyi və sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiy...
Əl-Maidə surəsi 20-cu ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 20-cu ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 20-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 20-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 20-cu ayənin təfsiri nədir?
"(Xatırlayın) O zaman ki, Musa öz qövmünə dedi: "Ey mənim qövmüm! Özünüzə Allahın nemətini xatırladın. Bir zaman ki, sizin aranızda peyğəmbərlər qərar verdi, sizə mükafatlar təyin etdi (Var-dövlət, can, namus, hökumət sahibi oldunuz) sizə elə şeylər verdi ki, aləmdəkilərdən kimsəyə verilməmişdi.” Nöqtələr İlahi nemətlərin yada salınması Allah eşqi, nemətlərin şükrü, bəndəlik, ilahi göstərişlər qarşısında təslimçilik səbəbidir. "Məlik” həm hakim və rəhbər, həm də sahib mənasını bildirir. Bir rəva...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.