"Ey kitab əhli! Həqiqətən, Bizim rəsulumuz peyğəmbərlərin olmadığı bir dövrdə sizə doğru gəldi ki, (həqiqətləri) sizin üçün bəyan etsin. Məbada, deyəsiniz ki, bizə müjdə verən və bizi qorxudan (bir kəs) gəlmədi. Həqiqətən də, sizin üçün müjdəçi və qorxudan gəldi. Allah hər şeyə qadirdir.”
Həzrət Məsih ilə həzrət Məhəmməd (s) arasında altı yüz il fasilə olmuşdur. Peyğəmbərlərin məbus olmadığı dövrlərdə yer ilahi höccətsiz qalmır, peyğəmbərləri onların canişinləri əvəz edir. Həzrət Əlinin (ə) təbirincə, istər qüdrətli ola, istərsə də qüdrətsiz, yer heç vaxt ilahi höccətsiz qalmır. Çünki ilahi yol o yolu gedənlər üçün məxfi qalmamalıdır.” Demək, fətrət dövrü (iki peyğəmbər arasında peyğəmbərin olmadığı dövr) xalqın başlı-başına qalması mənasını daşımır.
Qısa və ya uzun müddətli fətrətlərdə bir hikmət var. İlahi tərbiyə nizamında bu proqramın özünəməxsus faydası var. Fətrətə nümunə olaraq tarixdə həzrət Musanın öz qövmündən ayrılması, peyğəmbərlərin etikafı (ibadət üçün kənara çəkilməsi), peyğəmbərdən vəhyin qət olması, imam Mehdinin (ə) kiçik və böyük qeybi göstərilə bilər.
1. İslam kitab əhlini imana doğru dəvət edir.
2. Gizlədilmiş, təhrif olunmuş və ya unudulmuş həqiqətlərin bəyanı peyğəmbərlərin vəzifələrindən biridir.
3. İlahi hökmlərin bəyanında peyğəmbərlərə ehtiyac var.
4. Peyğəmbərlərin besəti (gəlişi) bəşəriyyət üçün üzr və bəhanə yeri qoymur.
5. Müjdə və qorxutma peyğəmbərlərin təbliğat üsullarındandır.
6. İnsan yol seçimində azaddır. Peyğəmbərlərin vəzifəsi yalnız müjdə və agahlıq verməkdir. Peyğəmbərlərin işində məcburiyyət və ikrah yoxdur.
7. Dərs oxumamış bir peyğəmbərin gizlədilmiş maarifi açmasına və ya baş vermiş təhrifləri aradan qaldırmasına şübhə edilməməlidir. Çünki Allah hər işə qadirdir.