Əl-Maidə surəsi · 19-cu ayə

Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin – səlləllahu əleyhi və alihi və səlləm – peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey kitab əhli! Həqiqətən, Bizim rəsulumuz peyğəmbərlərin olmadığı bir dövrdə sizə doğru gəldi ki, (həqiqətləri) sizin üçün bəyan etsin. Məbada, deyəsiniz ki, bizə müjdə verən və bizi qorxudan (bir kəs) gəlmədi. Həqiqətən də, sizin üçün müjdəçi və qorxudan gəldi. Allah hər şeyə qadirdir.”
Nöqtələr
Həzrət Məsih ilə həzrət Məhəmməd (s) arasında altı yüz il fasilə olmuşdur. Peyğəmbərlərin məbus olmadığı dövrlərdə yer ilahi höccətsiz qalmır, peyğəmbərləri onların canişinləri əvəz edir. Həzrət Əlinin (ə) təbirincə, istər qüdrətli ola, istərsə də qüdrətsiz, yer heç vaxt ilahi höccətsiz qalmır. Çünki ilahi yol o yolu gedənlər üçün məxfi qalmamalıdır.” Demək, fətrət dövrü (iki peyğəmbər arasında peyğəmbərin olmadığı dövr) xalqın başlı-başına qalması mənasını daşımır.
Qısa və ya uzun müddətli fətrətlərdə bir hikmət var. İlahi tərbiyə nizamında bu proqramın özünəməxsus faydası var. Fətrətə nümunə olaraq tarixdə həzrət Musanın öz qövmündən ayrılması, peyğəmbərlərin etikafı (ibadət üçün kənara çəkilməsi), peyğəmbərdən vəhyin qət olması, imam Mehdinin (ə) kiçik və böyük qeybi göstərilə bilər.
Bildirişlər
1. İslam kitab əhlini imana doğru dəvət edir.
2. Gizlədilmiş, təhrif olunmuş və ya unudulmuş həqiqətlərin bəyanı peyğəmbərlərin vəzifələrindən biridir.
3. İlahi hökmlərin bəyanında peyğəmbərlərə ehtiyac var.
4. Peyğəmbərlərin besəti (gəlişi) bəşəriyyət üçün üzr və bəhanə yeri qoymur.
5. Müjdə və qorxutma peyğəmbərlərin təbliğat üsullarındandır.
6. İnsan yol seçimində azaddır. Peyğəmbərlərin vəzifəsi yalnız müjdə və agahlıq verməkdir. Peyğəmbərlərin işində məcburiyyət və ikrah yoxdur.
7. Dərs oxumamış bir peyğəmbərin gizlədilmiş maarifi açmasına və ya baş vermiş təhrifləri aradan qaldırmasına şübhə edilməməlidir. Çünki Allah hər işə qadirdir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 19-cu ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 19-cu ayəsi nə haqqındadır?
Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin – səlləllahu əleyhi və alihi və səlləm – peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini ma...
Əl-Maidə surəsi 19-cu ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 19-cu ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 19-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 19-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 19-cu ayənin təfsiri nədir?
"Ey kitab əhli! Həqiqətən, Bizim rəsulumuz peyğəmbərlərin olmadığı bir dövrdə sizə doğru gəldi ki, (həqiqətləri) sizin üçün bəyan etsin. Məbada, deyəsiniz ki, bizə müjdə verən və bizi qorxudan (bir kəs) gəlmədi. Həqiqətən də, sizin üçün müjdəçi və qorxudan gəldi. Allah hər şeyə qadirdir.” Nöqtələr Həzrət Məsih ilə həzrət Məhəmməd (s) arasında altı yüz il fasilə olmuşdur. Peyğəmbərlərin məbus olmadığı dövrlərdə yer ilahi höccətsiz qalmır, peyğəmbərləri onların canişinləri əvəz edir. Həzrət Əlinin...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.