Əl-Maidə surəsi · 15-ci ayə

Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey kitab əhli! Həqiqətən, Bizim peyğəmbərimiz sizə doğru gəldi. (Səmavi) kitabdan bir çox şeyləri gizlətdiyiniz halda sizə bəyan edər və çox şeydən (hazırda ehtiyac olmayan sizin xilaflarınız və gizlətdiyiniz həqiqətlərdən) keçər. Şübhəsiz, Allah tərəfindən sizin üçün nur və aşkar kitab gəlmişdir.”
Nöqtələr
Gizlədilmiş məsələlərin bəyanı qeyb elminin nişanəsi və peyğəmbəri tanıma yollarından biridir. 
Bildirişlər
1. İslam ümumbəşəri bir dindir və bütün dinləri haqqa çağırır.
2. İnsanları dəvət edərkən kitab əhlindən də məyus olmayaq.
3. Quransız dünya qaranlıqdır.
4. Tövrat və İncilin bəzi həqiqətləri gizlədilmişdir.
5. Haqqa dəvət üslublarından biri məsələləri zəruri həddə bəyan etməkdir.
6. Peyğəmbər və Quran çox əzəmətlidir. ("Nur” və "kitab” sözlərinin qeyri-müəyyən formada işlənməsi böyüklük və əzəmət nişanəsidir.)

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 15-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 15-ci ayəsi nə haqqındadır?
Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) gö...
Əl-Maidə surəsi 15-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 15-ci ayənin təfsiri nədir?
"Ey kitab əhli! Həqiqətən, Bizim peyğəmbərimiz sizə doğru gəldi. (Səmavi) kitabdan bir çox şeyləri gizlətdiyiniz halda sizə bəyan edər və çox şeydən (hazırda ehtiyac olmayan sizin xilaflarınız və gizlətdiyiniz həqiqətlərdən) keçər. Şübhəsiz, Allah tərəfindən sizin üçün nur və aşkar kitab gəlmişdir.” Nöqtələr Gizlədilmiş məsələlərin bəyanı qeyb elminin nişanəsi və peyğəmbəri tanıma yollarından biridir.  Bildirişlər 1. İslam ümumbəşəri bir dindir və bütün dinləri haqqa çağırır. 2. İnsanları dəvət ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.