Əl-Maidə surəsi - Ayə: 14

Məkkəvi Quran-ı Kərim
Əl-Maidə surəsi - Ayə: 14
«Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq)» deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması və dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri və İslam Peyğəmbərinin əlamətləri və sifətləri kimi təlimlərindən) olan layiqli pay(ların)ı unutdular. Buna görə də onların arasında Qiyamət gününədək düşmənçilik və kin yaratdıq. Tezliklə Allah onları etdiklərindən xəbərdar edəcəkdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Maidə surəsi 14. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 14 MÖHSÜN QƏRAƏTİ.

يَصْنَعُونَ
"Biz məsihiyik” deyən kəslərdən əhd aldıq. Onlar (Bəni-İsrail kimi) nəzərlərinə çatdırılanların bir hissəsini unutdular. Düşmənçilik və kin-küdurəti qiyamət gününədək aralarında qərar verdik. Allah tezliklə onları gördüyü işlərdən agah edəcəkdir.”
Nöqtələr
"Nəsara” "nəsrani” sözünün cəm formasıdır. Həzrət İsa yardımçılarının şüarı da belə olduğundan onların «nəsara» adlandırılması nəzərə gəlir. 
"Bəğza” qəlb düşmənçiliyi, "ədavət” isə onun zahirdə təzahürüdür.
Xatırlatmaların bir hissəsinin unudulması dedikdə, məsihilərin tövhid həddini aşıb üç üqnuma üz tutması və həzrət Məhəmmədi (s) qəbul etmək əvəzinə, onun nişanələrini gizlətmələri nəzərdə tutulur.
"Əğrəyna” əslində «yapışdırma» mənasını bildirir. Yəni onların bağlılıq səbəbi aralarındakı ədavətdir.
Bildirişlər
1. İddia çoxdur, amma əməl az!
2. İddiası olan kəs məsuliyyəti qəbul etməlidir.
3. İlahi xəbərdarlıqların və iki əhdin müjdələrinin unudulması nəticəsi təfriqə və ədavətdir.
4. Başqalarının əhdi pozmasının acı nəticələrindən ibrət götürək. (Nəsaradan əhd aldıq, unutduqları üçün bədbəxtliyə düçar oldular.)
5. Yəhudilər və məsihilər qiyamətədək qalasıdırlar.
6.Təfriqə və düşmənçilik ilahi əzablardandır.
7. Bütün işlər Allahın nəzarəti altındadır və hər bir işin mükafatı və cəzası olacaqdır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.