Əl-Maidə surəsi · 117-ci ayə

Mən onlara yalnız Sənin mənə əmr etdiyini – «mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin» demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (Özünə tərəf) qaldırdın, Sən Özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 117
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Həzrət İsa Allaha dedi:) Mən onlara yalnız mənə əmr etdiyini dedim. (Dedim ki,) mənim və sizin Rəbbiniz olan Allaha pərəstiş edin. Nə qədər ki, aralarında idim, onlara şahid və nəzarətçi idim. Elə ki, məni geri qaytardın, Özün onlara nəzarətçi oldun və Sən hər şeyə şahidsən.”
Nöqtələr
"Təvəffi” tam və kamil şəkildə almaqdır və ölüm onun nümunələrindən biridir. Allah həzrət İsanı qövmünün arasından götürdü və həzrət Mehdinin (ə) qiyamınadək diri saxlayır. Həzrət İsa əsrin imamı ilə birlikdə zühur edəcək.
Bildirişlər
1. Peyğəmbərlər məsumdurlar və yalnız Allahın əmrini yerinə yetirirlər. peyğəmbərlər vəhyə müdaxilə etmir, onda heç bir dəyişiklik aparmırlar.
2. Həzrət İsa da başqaları kimi özünü Allahın məxluqu sayır.
3. Peyğəmbərlər xalqın hərəkətlərinə nəzarətçidirlər.
4. Təkallahlılığa dəvət peyğəmbərlərin ən mühüm vəzifəsidir. (Həzrət İsaya təkcə tövhid məsələsini bəyan etmək tapşırılmasa da, burada yalnız bu məsələyə işarə olunur.)
5. Allaha pərəstiş dəlili və meyarı Onun Rəbb olmasıdır. (Rübubiyyət)

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 117-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 117-ci ayəsi nə haqqındadır?
Mən onlara yalnız Sənin mənə əmr etdiyini – «mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha ibadət edin» demişəm. Nə qədər ki, onların arasında idim, onlara şahid idim. Elə ki, məni (Özünə tərəf) qaldırdın, Sən Özün onlara nəzarətçi idin. Sən hər bir şeydən xəbərdar və (hər bir şeyi) bilənsən».
Əl-Maidə surəsi 117-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 117-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 117-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 117-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 117-ci ayənin təfsiri nədir?
"(Həzrət İsa Allaha dedi:) Mən onlara yalnız mənə əmr etdiyini dedim. (Dedim ki,) mənim və sizin Rəbbiniz olan Allaha pərəstiş edin. Nə qədər ki, aralarında idim, onlara şahid və nəzarətçi idim. Elə ki, məni geri qaytardın, Özün onlara nəzarətçi oldun və Sən hər şeyə şahidsən.” Nöqtələr "Təvəffi” tam və kamil şəkildə almaqdır və ölüm onun nümunələrindən biridir. Allah həzrət İsanı qövmünün arasından götürdü və həzrət Mehdinin (ə) qiyamınadək diri saxlayır. Həzrət İsa əsrin imamı ilə birlikdə züh...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.