Əl-Maidə surəsi · 115-ci ayə

Allah buyurdu: «Həqiqətən, Mən onu sizə nazil edəcəyəm. Beləliklə, əgər bundan sonra kimsə kafir olsa, şübhəsiz, Mən ona aləmdə hələ heç kimə vermədiyim bir əzab verəcəyəm».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 115
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah buyurdu: "Mən onu (maidəni) sizin üçün nazil edərəm. Amma bundan sonra sizdən hər hansınız küfr etsə, ona elə bir əzab verəcəyəm ki, aləmdəkilərdən heç birinə o cür əzab verməmişəm.”
Nöqtələr
Maidənin nazil olması əhvalatı Quranda bəyan olunduğu şəkildə İncildə nəql olunmamışdır. 
Bəziləri bildirirlər ki, həvarilər ilahi hədələri eşitdikdən sonra öz istəklərindən daşındılar və maidə nazil olmadı. Amma bu baxış ayənin zahiri mənası və rəvayətlərlə uyğun gəlmir. "İnni munəzziluha” təbiri vəd yox, qəti bildirişdir. 
Rəvayətdə deyilir: Maidə nazil olduqdan sonra bəziləri kafir olub donuz şəklinə düşdü.  Bəzi rəvayətlərdə oxuyuruq ki, nazil olan şey çörək və ət idi. 
Əgər İsanın yoldaşları üçün səmavi qidalar nazil oldusa, rəvayətlərə əsasən, İslam Peyğəmbəri (s) üçün də behişt meyvələri nazil olmuşdur. Həzrət Fatimənin (s) yaranış qaynağı da həmin behişt meyvələridir. 
Bildirişlər
1. Peyğəmbərlərin duası qəbul olur.
2. Elm, yəqin, şahidliyə çatanların məsuliyyəti daha ağırdır. Onların büdrəmələri də ciddi qəbul olunur. Elm və şahidlik məqamına çatmayanlardan ilahi qəzəb də nisbətən uzaqdır.
3. İlahi əzabın dərəcələri var.
4. Təmənnası böyük olan, səmavi süfrə istəyən kəs, təbii ki, ağır vəzifələrlə yüklənir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 115-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 115-ci ayəsi nə haqqındadır?
Allah buyurdu: «Həqiqətən, Mən onu sizə nazil edəcəyəm. Beləliklə, əgər bundan sonra kimsə kafir olsa, şübhəsiz, Mən ona aləmdə hələ heç kimə vermədiyim bir əzab verəcəyəm».
Əl-Maidə surəsi 115-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 115-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 115-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 115-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 115-ci ayənin təfsiri nədir?
"Allah buyurdu: "Mən onu (maidəni) sizin üçün nazil edərəm. Amma bundan sonra sizdən hər hansınız küfr etsə, ona elə bir əzab verəcəyəm ki, aləmdəkilərdən heç birinə o cür əzab verməmişəm.” Nöqtələr Maidənin nazil olması əhvalatı Quranda bəyan olunduğu şəkildə İncildə nəql olunmamışdır.  Bəziləri bildirirlər ki, həvarilər ilahi hədələri eşitdikdən sonra öz istəklərindən daşındılar və maidə nazil olmadı. Amma bu baxış ayənin zahiri mənası və rəvayətlərlə uyğun gəlmir. "İnni munəzziluha” təbiri və...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.