Əl-Maidə surəsi · 109-cu ayə

(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 109
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bir gün Allah peyğəmbərləri toplayar və deyər: "Sizin dəvətinizə nə cavab verildi?” Deyərlər: "Biz (işin mahiyyətindən) xəbərsizik. Həqiqətən, qeyblərdən xəbərdar Sənsən, Sən!”
Nöqtələr
İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: "Allah Öz peyğəmbərlərindən onların canişinləri haqqında soruşar. Onun rəsulları da öz növbələrində cavab verərlər ki, biz bizdən sonra canişinlərimizə münasibətdə görülən işlərdən xəbərsizik.” 
Həqiqi elm Allaha məxsusdur. Kimin elmi varsa, həmin elm Allahdandır. Necə ki, qeybi yalnız O bilir və bu elmi istədiyinə verir.
Bildirişlər
1. Qiyamətdə peyğəmbərlərdən soruşular ki, xalq onlarla necə rəftar etdi?
2. Peyğəmbərlərin elmi ilahi elmlə müqayisədə heç nədir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 109-cu ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 109-cu ayəsi nə haqqındadır?
(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: «(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?» Deyəcəklər: «Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən...
Əl-Maidə surəsi 109-cu ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 109-cu ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 109-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 109-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 109-cu ayənin təfsiri nədir?
"Bir gün Allah peyğəmbərləri toplayar və deyər: "Sizin dəvətinizə nə cavab verildi?” Deyərlər: "Biz (işin mahiyyətindən) xəbərsizik. Həqiqətən, qeyblərdən xəbərdar Sənsən, Sən!” Nöqtələr İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: "Allah Öz peyğəmbərlərindən onların canişinləri haqqında soruşar. Onun rəsulları da öz növbələrində cavab verərlər ki, biz bizdən sonra canişinlərimizə münasibətdə görülən işlərdən xəbərsizik.”  Həqiqi elm Allaha məxsusdur. Kimin elmi varsa, həmin elm Allahdandır. Necə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.