İbrahim ‏ surəsi · 12-cü ayə

«Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbr edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 12
MÖHSÜN QƏRAƏTİ 16.11.2025

"Allah bizi (səadət) yollarımıza hidayət etdiyi vaxt nə üçün Ona təvəkkül etməyək?! Şübhəsiz, bizə rəva bildiyiniz hər bir əziyyətə qarşı müqavimət göstərəcəyik. Təvvəkül əhli yalnız Allaha təvəkkül etməlidir.”


Nöqtələr
«Təvəkkül» dedikdə vəkil tutmaq nəzərdə tutulur. Vəkildə 4 şərt olmalıdır: bilik, əmanətdarlıq, qüdrət və məhəbbət. Bu şərtlər Allahdan savay kimsədə tam şəkildə yoxdur. Beləsə, Ona təvəkkül edək.
İmam Riza (ə) buyurur: "Allaha iman gətirmək sayəsində kimsədən qorxmamaq təvəkkülün sərhəddidir.”
Bildirişlər
1. Hidayət edən Allah himayə də göstərir. Beləsə, Ona təvəkkül edək.
2. Peyğəmbərlərin yolu elə Allahın yoludur.
3. Allah yolunu getmək üçün çətinliklərə dözmək şərtdir.
4. Həm Allaha təvəkkül etmək, həm də müxaliflər qarşısında səbirli olub onlara müqavimət göstərmək lazımdır.
5. Möminə nə qədər işgəncə verilsə də, öz əqidə və əməlindən əl çəkməz.
6. Yalnız dayağı olan kəs səbir edə bilər.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 12-cü ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 12-cü ayəsi nə haqqındadır?
«Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbr edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər».
İbrahim ‏ surəsi 12-cü ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 12-cü ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 12-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 12-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 12-cü ayənin təfsiri nədir?
"Allah bizi (səadət) yollarımıza hidayət etdiyi vaxt nə üçün Ona təvəkkül etməyək?! Şübhəsiz, bizə rəva bildiyiniz hər bir əziyyətə qarşı müqavimət göstərəcəyik. Təvvəkül əhli yalnız Allaha təvəkkül etməlidir.”Nöqtələr«Təvəkkül» dedikdə vəkil tutmaq nəzərdə tutulur. Vəkildə 4 şərt olmalıdır: bilik, əmanətdarlıq, qüdrət və məhəbbət. Bu şərtlər Allahdan savay kimsədə tam şəkildə yoxdur. Beləsə, Ona təvəkkül edək.İmam Riza (ə) buyurur: "Allaha iman gətirmək sayəsində kimsədən qorxmamaq təvəkkülün s...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.