İbrahim ‏ surəsi · 11-cü ayə

Peyğəmbərləri onlara dedilər: «(Bəli,) biz də sizin kimi yalnız bir bəşərik. Lakin Allah Öz bəndələrindən istədiyinin boynuna haqq qoyur (və onu peyğəmbərliyə seçir). Allahın əmri və istəyi olmadan biz sizə bir dəlil (və möcüzə) gətirə bilmərik və (bu) ağıl baxımından (da) mümkün deyildir. Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 11
MÖHSÜN QƏRAƏTİ 16.11.2025
"Peyğəmbərləri onlara cavab olaraq dedilər: "(Bəli,) biz sizdən fərqli bəşər deyilik. Amma Allah Öz bəndələrindən istədiyinə minnət qoyur (və onu peyğəmbər seçir). Allahın izni olmadan sizə möcüzə gətirmək bizim işimiz deyil. Belə isə, möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”
Nöqtələr
Bu ayədə Allahın istədiyi kəsə minnət qoyub onu peyğəmbər seçməsi bildirilsə də, Allah hikmət sahibidir və kimdə böyük məsuliyyət üçün tutum və ləyaqət olduğunu bilir. "Allah Öz risalətini harada qərar verəcəyini daha yaxşı bilir.”
Kafirlər və müşriklərin peyğəmbərlərə əsasən etibarı ilə iki sözü var:
1. Siz də bizim kimi insansınız;
2.Bizim təklif etdiyimiz möcüzəni gətir.
Bu ayədə yuxarıdakı iki fikrə münasibət bildirilir: peyğəmbərlər qeyd edirlər ki, sizin kimi insan olduğumuzu qəbul edirik, amma Allah bizə minnət qoyaraq vəhy göndərib. Bu da qeyd olunur ki, möcüzələr xalqın istəyi əsasında göndərilmir və peyğəmbərlərin haqqı yoxdur ki, Allahın izn vermədiyi möcüzəni gətirsinlər.
Bildirişlər
1. İnsanların zahiri görünüşcə oxşarlığı onların daxili oxşarlığının dəlili deyil.
2. Peyğəmbərlər və tərbiyəçilər dəvət etdikləri insanlarla eyni şəraitdə olmalıdırlar. (Bəziləri peyğəmbərlərin adi insan olmasını onlar üçün zəif nöqtə saysalar da, əslində bu nöqtə onlar üçün imtiyaz idi. Əgər peyğəmbərlər başqaları kimi ehtiyaclı, nəfs istəklərinə malik və bəşəri çətinlikləri yaşayan insanlardan olmasaydılar, həqiqi tərbiyəçi və nümunə ola bilməzdilər.)
3. Peyğəmbərlər özlərini böyütmür və deyirdilər: "Biz də sizin kimi insanıq.”
4. Nübuvvət (peyğəmbərlik) məqamı Allahın hədiyyəsi və minnətidir.
5. Möcüzə xalqın yox, Allahın istəyi əsasında göndərilir. (Hətta xalq möcüzə istəməsə də, peyğəmbərlər möcüzə gətirirlər.)
6. Təvəkkül iman şərtidir.
7. Müxaliflərin inadkarlığı və inkarı möminləri yormur. Onlar Allaha təvəkkül etməklə öz yollarını gedirlər.

Tez-tez Verilən Suallar

İbrahim ‏ surəsi 11-cü ayə haqqında suallar və cavablar

İbrahim ‏ surəsinin 11-cü ayəsi nə haqqındadır?
Peyğəmbərləri onlara dedilər: «(Bəli,) biz də sizin kimi yalnız bir bəşərik. Lakin Allah Öz bəndələrindən istədiyinin boynuna haqq qoyur (və onu peyğəmbərliyə seçir). Allahın əmri və istəyi olmadan biz sizə bir dəlil (və möcüzə) gətirə bilmərik və (bu) ağıl baxımından (da) mümkün deyildir. Möminlər gərək yalnız Allaha ...
İbrahim ‏ surəsi 11-cü ayə hansı surədə yerləşir?
İbrahim ‏ surəsi Quran-ı Kərimin 14-ci surəsidir. Bu surə Məkkəvi surədir və 11-cü ayə İbrahim ‏ surəsinin tərkib hissəsidir.
İbrahim ‏ surəsi 11-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, İbrahim ‏ surəsinin 11-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
İbrahim ‏ surəsi 11-cü ayənin təfsiri nədir?
"Peyğəmbərləri onlara cavab olaraq dedilər: "(Bəli,) biz sizdən fərqli bəşər deyilik. Amma Allah Öz bəndələrindən istədiyinə minnət qoyur (və onu peyğəmbər seçir). Allahın izni olmadan sizə möcüzə gətirmək bizim işimiz deyil. Belə isə, möminlər yalnız Allaha təvəkkül etməlidirlər.”NöqtələrBu ayədə Allahın istədiyi kəsə minnət qoyub onu peyğəmbər seçməsi bildirilsə də, Allah hikmət sahibidir və kimdə böyük məsuliyyət üçün tutum və ləyaqət olduğunu bilir. "Allah Öz risalətini harada qərar verəcəyi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.