İbrahim ‏ surəsi - Ayə: 10

Məkkəvi Quran-ı Kərim
İbrahim ‏ surəsi - Ayə: 10
Peyğəmbərləri onlara dedilər: «Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?! O sizi günahlarınızdan bəzisini bağışlamağa və sizə (ömrünüzün) müəyyən bir müddət(in)ədək möhlət verməyə çağırır. Dedilər: «Siz də bizim kimi yalnız bir bəşərsiniz (və) bizi atalarımızın ibadət etdikləri şeylərdən saxlamaq istəyirsiniz.Odur ki, bizim üçün açıq-aşkar bir dəlil (bu gətirdiklərinizdən qeyrisini) gətirin».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

İbrahim ‏ surəsi 10. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 10 MÖHSÜN QƏRAƏTİ

«Peyğəmbərləri (cavab olaraq) dedilər: "Allaha - göylərin və yerin yaradanına şəkmi var?! (Belə bir əzəmətə malik olan varlığın xaliqə ehtiyacı yoxdurmu?) O sizi (haqqa) dəvət edir ki, günahlarınızdan keçsin, müəyyən günədək sizə möhlət versin.” (Kafirlər) dedilər: "Siz bizdən fərqli insan deyilsiniz (heç bir imtiyazınız yoxdur). Siz bizi babalarımızın pərəstiş etdiyindən uzaqlaşdırmaq istəyirsiniz. (Əgər belə deyilsə,) bizə aşkar dəlil və möcüzə gətirin.”»

Nöqtələr
Ötən ayədə kafirlər peyğəmbərlərə dedilər:”Siz bizi (Allahın yoluna) çağırırsınız.” Bu ayədə isə peyğəmbərlər onlara deyir: "Allah sizi çağırır.” Yəni peyğəmbərlər öz tərəflərindən özlərinə tərəf yox, Allah tərəfindən Allaha tərəf dəvət edirdi.
Zəməxşəri və Mərağinin dediklərinə əsasən, Quran möminlərin bütün günahlarının bağışlanacağını vəd edir. Başqalarının isə yalnız bəzi günahları bağışlana bilər.
Bildirişlər
1. Allaha etiqad fitri və aşkar etiqaddır və bu etiqada münasibətdə şəkk yersizdir.
2. Əql və fitrətlə yanaşı məhəbbət və dəvət də lazımdır.
3. Din insanı çirkinlikdən paklığa dəvət edir.
4. Allah insanın günahlarının bağışlanması istəyindədir.
5. Tövbə və Allaha itaət insanın əcəlini təxirə salan səbəbdir.
6. Allah öz mərhəməti səbəbindən doğru yola dəvət edir və lütf edərək insana ömrünün sonunadək möhlət verir.
7. Hər bir insanın ömrü öncədən müəyyənləşdirilmişdir.
8. Milli və irqi təəssübkeşlik haqqın qəbuluna mane olur.
9. İnsanın əqidə və inamına ailə mühüm təsir göstərir.
10. Haqq qarşısında inadkarlıq və itaətsizlik çarəsiz dərddir. Bütün peyğəmbərlər xalqın sorağına möcüzə ilə gəlmişlər. Amma bəziləri inadkarlıq səbəbindən peyğəmbərlərdən öz həvəslərinə uyğun yeni möcüzə istəyirdilər.
Müəllif: MÖHSÜN QƏRAƏTİ