Hud surəsi · 90-cu ayə

«Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 90
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Rəbbinizdən bağışlanma diləyin. Ona doğru qayıdın. Həqiqətən, mənim
Rəbbim mehriban və sevəndir.”


Nöqtələr
◘“Vudd” dedikdə tə`sirli və davamlı bir dostluq nəzərdə tutulur.
Bildirişlər
1. Müxaliflərə xəbərdarlıq etməklə yanaşı, onlar üçün islah yolu saxlamalıyıq.
2. Bağışlanma diləmək və günahdan uzaqlaşmaq Allah yoluna qayıdışın
müqəddiməsidir.
3. Əgər tövbə qılsaq, Rəbbimiz tərəfindən müsbət cavab eşidərik.
4. Allahı elə tanıtdıraq ki, Ona doğru qayıdışa eşq olsun.
5. Allahın rəhməti bir anıq deyil. Bu rəhmət davamlıdır və onun böyük
bərəkətləri var.
6. Allah təkcə tövbələri qəbul etmir, həm də tövbə edəni sevir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 90-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 90-cu ayəsi nə haqqındadır?
«Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir».
Hud surəsi 90-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 90-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 90-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 90-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 90-cu ayənin təfsiri nədir?
“Rəbbinizdən bağışlanma diləyin. Ona doğru qayıdın. Həqiqətən, mənimRəbbim mehriban və sevəndir.” Nöqtələr◘“Vudd” dedikdə tə`sirli və davamlı bir dostluq nəzərdə tutulur.Bildirişlər1. Müxaliflərə xəbərdarlıq etməklə yanaşı, onlar üçün islah yolu saxlamalıyıq.2. Bağışlanma diləmək və günahdan uzaqlaşmaq Allah yoluna qayıdışınmüqəddiməsidir.3. Əgər tövbə qılsaq, Rəbbimiz tərəfindən müsbət cavab eşidərik.4. Allahı elə tanıtdıraq ki, Ona doğru qayıdışa eşq olsun.5. Allahın rəhməti bir anıq deyil. Bu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.