Hud surəsi - Ayə: 91
Hud surəsi 91. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 91 MÖHSÜN QƏRAƏTİ.
“(Kafirlər) dedilər: “Ey Şüeyb! Biz sənin bir çox sözlərini anlamırıq və
səni öz aramızda zəif bilirik. Əgər tərəfdarların olmasaydı, səni daşqalaq
edərdik. Sən bizdən üstün, qüdrətli və izzətli deyilsən.”
Nöqtələr
◘Kafirlər həzrət Şüeybə deyirdilər: “Biz sənin dediklərini anlamırıq.”
Doğrudanmı, həzrət Şüeybin sözləri anlaşılmaz idi? Onun buyruqlarına nəzər
salın:
1. Mənim mö`cüzəm və aşkar dəlilim var.
2. Mənim maddi çətinliyim və sizə ehtiyacım yoxdur.
3. Dediklərimə əməl edirəm.
4. Cəmiyyəti islah etmək istəyirəm.
5. Gücüm həddində çalışıram.
6. Allaha təvəkkül edir və Ona yalvarıram.
7. Keçmişdəkilərin aqibətini sizə xatırladıram.
Amma kafirlər həm onun sözlərini qulaqardına vurur, həm də özünü zəif
sayırdılar. Onlar Şüeybin tərəfdarlarını da heç nə hesab edirdilər. Onlar Şüeybi
həm işgəncə ilə hədələyir, həm də qüdrət və izzətini görməməzliyə vururdular.
Bildirişlər
1. İlahi peyğəmbərlər və təbliğçilər doğru yolun təbliğində bir çox təhqirlərə və
zorakılıqlara mə`ruz qalmışlar.
2. Peyğəmbər müxaliflərinin heç bir dəlil və məntiqi olmamışdır. Onların
məntiqi təhqir, işgəncə və qətldir.