Hud surəsi · 84-cü ayə

Və Mədyən (camaatına) onların (qan və ya qəbilə) qardaşları Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Ölçünü və çəkini əskiltməyin. Doğrudan da mən sizi xoşluq (və nemət bolluğu) içərisində görürəm və mən sizin üçün (malları əskik verdiyinizə görə) hər şeyi əhatə edən və həlakət gətirən günün əzabından qorxuram».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 84
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Mədyənə doğru qardaşları Şüeybi (göndərdik). O dedi: “Ey mənim
qövmüm! Allaha pərəstiş edin, sizin üçün başqa bir mə`bud yoxdur. Ölçü və
çəkini əskiltməyin. Həqiqətən, mən bu işdə sizin üçün xeyir görürəm.
Doğrusu, mən sizi bürüyəcək günün (Qiyamət gününün) əzabından
qorxuram.”


Nöqtələr
◘Bu günki adı “Məan”, Tövratdakı adı “Mədyan” olan Mədyən şəhəri Əqəbə
körfəzinin şərqində yerləşmişdir. Bu şəhərin əhalisi həzrət İsmailin övladları idi.
Onların Misir, Livan və Fələstinlə ticarət əlaqələri vardı. Bə`ziləri də Sina dağı
ətrafında yerləşən bir qəbilənin “Mədyən” adlandırıldığını bildirmişlər.
◘Ümmətlər müxtəlif dövrlərdə müxtəlif fəsadlar törətmişlər. Lut qövmü cinsi
azğınlığa uğramışdısa, Şüeyb qövmü əskik satır, ticarət qanunlarını pozurdu.
Bildirişlər
1. Peyğəmbərlərin be`səti ilahi sünnə, davamlı tarixi cərəyan olmuşdur.
2. Həzrət Şüeybin risaləti yalnız Mədyən məntəqəsinə aid idi.
3. Hər bir qövm üçün onun öz arasından peyğəmbər seçilir.
4. Bir Allaha pərəstiş müvəhhid baxışlara əsaslanır.
5. Allaha ibadət etmək kifayət etmir, müşriklərdən üz döndərmək də zəruridir.
6. Peyğəmbərlər yalnız e`tiqadi və əxlaqi məsələlərə nəzarətlə kifayətlənmir,
iqtisadiyyata diqqət yetirir, iqtisadi fəsadlarla mübarizə aparırdılar.
7. İstisadi fəsaddan və fırıldaqçılıqdan qurtulmağın yolu təkcə rifah və tə`minat
deyil. İmam Sadiq (ə) “həqiqətən sizə xeyir görürəm” tə`birinin bolluq və
ucuzluğa işarə olduğunu bildirir.

8. Xalqı pis işdən çəkindirmək üçün onu həvəsləndirmək lazımdır.
9. Yaranış və məad e`tiqadına də`vət bütün peyğəmbərlərin ilkin də`vətləri
olmuşudur.
10. Hesab gününə inam bütün işlərdə təqva zəminidir.
11. Allahın qəzəbindən qaçmaq olmaz.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 84-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 84-cü ayəsi nə haqqındadır?
Və Mədyən (camaatına) onların (qan və ya qəbilə) qardaşları Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Ölçünü və çəkini əskiltməyin. Doğrudan da mən sizi xoşluq (və nemət bolluğu) içərisində görürəm və mən sizin üçün (malları əskik verdiyinizə ...
Hud surəsi 84-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 84-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 84-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 84-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 84-cü ayənin təfsiri nədir?
“Mədyənə doğru qardaşları Şüeybi (göndərdik). O dedi: “Ey mənimqövmüm! Allaha pərəstiş edin, sizin üçün başqa bir mə`bud yoxdur. Ölçü vəçəkini əskiltməyin. Həqiqətən, mən bu işdə sizin üçün xeyir görürəm.Doğrusu, mən sizi bürüyəcək günün (Qiyamət gününün) əzabındanqorxuram.” Nöqtələr◘Bu günki adı “Məan”, Tövratdakı adı “Mədyan” olan Mədyən şəhəri Əqəbəkörfəzinin şərqində yerləşmişdir. Bu şəhərin əhalisi həzrət İsmailin övladları idi.Onların Misir, Livan və Fələstinlə ticarət əlaqələri vardı. Bə`...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.