Hud surəsi - Ayə: 83
Hud surəsi 83. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 83 MÖHSÜN QƏRAƏTİ.
“(O daşlar) Rəbbinin yanında nişanlanmışdı. Bu (daşqalaq cəzası) başqa
sitəmkarlardan uzaq deyil.”
Nöqtələr
◘“Siccil” dedikdə elə bir kütlə başa düşülür ki, o nə gil kimi yumşaqdır, nə də
daş kimi bərk. “Mənzud” sözü isə üst-üstə, ard-arda mə`nasını bildirir.
Nişanlanmış daş dedikdə, ya hər bir daşın xüsusi bir şəxs üçün nişanlandığı, ya da
həmin daşların yer daşlarından fərqləndiyi nəzərdə tutulur.
◘Bu ayə Lut qövmünün aqibətini bəyan edir. Xülasə olaraq deyə bilərik ki,
həzrət Lut öz qövmünün peyğəmbəri idi, həzrət İbrahimin dövründə yaşamışdı və
onun dinini təbliğ edirdi. Həzrət Lut həzrət İbrahimlə birlikdə Fələstinə yola
düşdü və sonra Mö`təfikat adlı məntəqəyə gedib oranın bütpərəst, aşkar livat edən
əhlini doğru yola çağırdı. Həzrət Lut nə qədər çalışdısa nəsihətlərinin tə`siri
olmadı və nəhayət, onu qovmaqla hədələdilər. Onlar Luta dedilər: “Ey Lut, əgər
nəsihətini kəsməsən səni sürgün edərik.” Nəhayət əzab mələkləri nazil oldu.
Onlar öncə həzrət İbrahimi, sonra həzrət Lutu məsələdən xəbərdar edib həmin
məntəqəni viran qoydular.
◘“Hicr” surəsinin 73-cü ayəsində bildirilir ki, Lut qövmünü dəhşətli bir səs
bürüdü. Ola bilsin ki, məntəqəni viran qoyan da həmin o səs oldu. Yerin tə`kindən
göyə sıxılan böyük daşlar sonradan onların başına endi.
Bəlkə də daş yağdığı
əsnada ərşdən gələn dəhşətli səs məntəqəni öz ağuşuna almışdır.
Bildirişlər
1. İnsan fitrətini viran qoyan kəslərin cəzası yurdlarının başlarına çevrilməsidir.
2. Allah Öz qüdrəti ilə su yerinə daş yağdıra bilər.
3. Əxlaqi və cinsi azğınlıq zülmdür.
4. Qərb və Amerika kimi həmcinsbazlığa (homeseksualizmə) rəsmi azadlıq
verənlər Allahın qəhr-qəzəbini gözləsinlər. Bu məntəqələri viran olmaq təhlükəsi
gözləyir.