Hud surəsi · 73-cü ayə

(Mələklər) dedilər: «Allahın rəhməti və Onun bərəkətləri sizin ailənizə olduğu halda Allahın işinə təəccüb edirsən?! Həqiqətən O, sifət və işləri mədh edilmiş, ümumi lütf və mərhəmət, geniş cəlal sahibidir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 73
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Mələklər İbrahimin zövcəsinə) dedilər: “Allahın işinə təəccübmü
edirsən? Siz ev əhlinə Allahın rəhmət və bərəkəti nazil oldu. Həqiqətən, O,
mədh olmuş və böyükdür.”


Nöqtələr
◘Bir gün Əmirəlmö`minin Əli (ə) rastlaşdığı bir dəstə müsəlmanı salamladı.
Onlar həzrətin salamına uzun-uzadı cavab verdilər. Həzrət buyurdu: “Salama
mələklərin İbrahimə dediklərindən artıq cavab verməyin. Salamın cavabına “və
rəhmətullahi və bərəkatuh” artırmaq kifayətdir.”
◘Sual: Hazırki ayədə mələklər həzrət İbrahimin zövcəsinə onun “əhli-beyti”
deyə xitab etdilər. Adətən hər bir şəxsin zövcəsi onun ev əhli sayılır. Nə üçün
İslam Peyğəmbərinin (s) zövcələri onun əhli-beytindən sayılmır?
Cavab: Əgər sözün yalnız lüğət mə`nasına istinad etsək, “Əhli-beyt” sözü
insanın zövcəsinə aid olur. Amma bə`zən sözün mə`nasını dəyişən dəlillə
rastlaşırıq. Məsələn “Hud” surəsinin 46-cı ayəsində Nuhun oğlu onun əhli
sayılmır. Necə ki, həzrət Peyğəmbər (s) Salman haqqında buyurur: “Salman bizim
əhli-beytdəndir.” Təthir ayəsi haqqında bir çox rəvayətlər var. Peyğəmbər (s)
müəyyən şəxsləri öz əbası ilə örtərək yalnız onları əhli-beyti saymışdır. Həzrət öz
zövcəsi Ümmü-Sələməyə əbaya daxil olmağa icazə verməmişdir.
Bildirişlər
1. Bə`zən mələklər peyğəmbər olmayan kəslərlə də danışırlar.
2. Mələklər tərəfindən qadına da xitab oluna bilər. (Mələklər həzrət İbrahimin
zövcəsinə inanmamağı qadağan etdilər.)
3. Heç vaxt Allahın qeybi yardımlarından ümidimizi üzməyək.
4. Bir işə təəccübdən yaxa qurtarmaq üçün Allahın saysız ne`mətlərini yada
salaq. (Odu İbrahimə soyudan, onu bütlərə qalib edən Allah qoca qarı və qoca
kişiyə də övlad əta edə bilər.)
5. Saleh övlad Allah tərəfindən rəhmət və bərəkətdir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 73-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 73-cü ayəsi nə haqqındadır?
(Mələklər) dedilər: «Allahın rəhməti və Onun bərəkətləri sizin ailənizə olduğu halda Allahın işinə təəccüb edirsən?! Həqiqətən O, sifət və işləri mədh edilmiş, ümumi lütf və mərhəmət, geniş cəlal sahibidir».
Hud surəsi 73-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 73-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 73-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 73-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 73-cü ayənin təfsiri nədir?
“(Mələklər İbrahimin zövcəsinə) dedilər: “Allahın işinə təəccübmüedirsən? Siz ev əhlinə Allahın rəhmət və bərəkəti nazil oldu. Həqiqətən, O,mədh olmuş və böyükdür.” Nöqtələr◘Bir gün Əmirəlmö`minin Əli (ə) rastlaşdığı bir dəstə müsəlmanı salamladı.Onlar həzrətin salamına uzun-uzadı cavab verdilər. Həzrət buyurdu: “Salamamələklərin İbrahimə dediklərindən artıq cavab verməyin. Salamın cavabına “vərəhmətullahi və bərəkatuh” artırmaq kifayətdir.”◘Sual: Hazırki ayədə mələklər həzrət İbrahimin zövcəsin...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.