Hud surəsi - Ayə: 74
Hud surəsi 74. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 74 MÖHSÜN QƏRAƏTİ.
“Elə ki, qorxu və dəhşət İbrahimdən uzaqlaşdı və ona (övladla bağlı)
müjdə gəldi, Bizimlə Lut–qövmü haqqında (onlara şəfaət vermək məqsədi
ilə) mübahisəyə başladı.”
Nöqtələr
◘Həzrət İbrahimin mübahisəsi, “Ənkəbut” surəsinin 31-ci ayəsində bəyan
olunmuş mübahisə ola bilər. İbrahim mələklərə dedi: “Həzrət Lut, Allahın
peyğəmbəri həmin məntəqədə olduğu halda oranı necə alt-üst edirsiniz?!” Onlar
cavab verdilər: “Biz onların halından tam xəbərdarıq, Lut və onun ardıcıllarına
nicat verərik.”
Bildirişlər
1. Elm ruhi aramlıq üçün müqəddimədir. (İbrahim məsələdən agah olub
arxayınlaşdı.)
2. Peyğəmbərlərdəki qorxu ötəri bir haldır.
3. Əvvəlcə təhlükəni aradan qaldırmaq, sonra mərhəmət diləmək lazımdır.
4. Ruhi aramlıq həmnövlərə diqqət (insanın insana diqqəti) üçün zəmindir.
5. Həyəcanlı vaxtda qərar qəbul etməyək.
6. Ne`mətlə bağlı müjdə bizi başqalarının taleyindən xəbərsiz qoymasın.
7. Peyğəmbərlər öz tabeçiliklərində olanların fikrindədirlər.
8. Təkcə öz qövmümüz və tayfamızın fikrini çəkməyək.
9. İlahi müqəddərat qətiləşmədiyi bir vaxt israrın, şəfaət diləməyin, dua və
təvəssülün tə`siri var.
10. Allahın mələkləri və mə`murları ilə mübahisə Allahla mübahisədir.