Hud surəsi · 52-ci ayə

«Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Hud sözünə davam etdi:) “Ey mənim qövmüm! Rəbbinizdən bağışlanma
diləyin, sonra Ona doğru qayıdın. Tövbə qılın ki, O sizin üçün səmadan
aramsız yağış göndərsin, gücünüzə güc artırsın. Günaha görə (haqq yoldan)
üz döndərməyin.”


Bildirişlər
1. İstiğfar və günahlardan tövbə vacibdir.
2. Günahlara görə bağışlanma diləmək və tövbə qılmaq Allaha doğru qayıdış
üçün müqəddimədir.
3. Bir insanın istiğfar və tövbəsi cəmiyyətin taleyini dəyişmir. Allahın
yardımının nazil olması üçün bütün cəmiyyət dəyişməlidir.
4. Əməllərin və əqidələrin təbiət hadisələrinə tə`siri var. (Ad qövmü şirk və
günahına xatir qıtlıq və quraqlığa düçar olmuşdu.)
5. Təbii amillər diqqətimizi Allahın iradəsindən yayındırmasın.
6. İslam quruluşu və hökuməti iqtisadi tərəqqi istəyirsə, cəmiyyətin
mə`nəviyyatı üzərində işləməlidir.
7. Tövbə və Allaha doğru qayıdışın dünyada mükafatı var-dövlət və qüdrətdir.
8. Elə güman etməyin ki, Allaha iman gətirən insan dünya malından uzaq
düşür. (Əgər iman gətirsək, nəinki bizdən maddi bir şey tələb olunmaz, hətta vardövlətimiz artırılar.
9. Allah dərgahına üz tutub boyun əymək və tövbə qılmaqla nəinki əskilmirik,
hətta güclü, böyük və əziz oluruq.
10. Ad qövmü qüvvətli bir qövm idi.
11. Əgər fiziki gücə iman gücü əlavə olunarsa, insanın qüdrəti kamilləşər.
12. Sağlam, güclü, varlı cəmiyyət ərsəyə gətirmək səmavi dinlərin
məqsədlərindəndir.
13. İqtisadi qüdrət digər qüdrətlər üçün zəmindir.
14. Təbliğdə təşviq üsulundan da yararlanmaq lazımdır. (Məqsədə çatmaq
yolunda maddi nəticələri bəyan etmək olar.)
15. Peyğəmbər yolundan üz döndərib, bu yola e`tinasızlıq göstərmək günahdır.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 52-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 52-ci ayəsi nə haqqındadır?
«Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin».
Hud surəsi 52-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 52-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 52-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 52-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 52-ci ayənin təfsiri nədir?
“(Hud sözünə davam etdi:) “Ey mənim qövmüm! Rəbbinizdən bağışlanmadiləyin, sonra Ona doğru qayıdın. Tövbə qılın ki, O sizin üçün səmadanaramsız yağış göndərsin, gücünüzə güc artırsın. Günaha görə (haqq yoldan)üz döndərməyin.” Bildirişlər1. İstiğfar və günahlardan tövbə vacibdir.2. Günahlara görə bağışlanma diləmək və tövbə qılmaq Allaha doğru qayıdışüçün müqəddimədir.3. Bir insanın istiğfar və tövbəsi cəmiyyətin taleyini dəyişmir. Allahınyardımının nazil olması üçün bütün cəmiyyət dəyişməlidir.4...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.