Hud surəsi - Ayə: 51

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 51
«Ey mənim qövmüm, sizdən (boynumda olan vəzifənin çatdırılması müqabilində) bir muzd istəmirəm, mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir, heç düşünmürsünüz?!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 51. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 51 MÖHSÜN QƏRAƏTİ.

“(Hud dedi) Ey mənim qövmüm! Mən öz risalətim müqabilində sizdən
əvəz istəmirəm. Mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir. Yoxsa
düşünmürsünüz?!”


Nöqtələr
◘Peyğəmbərlərin əvəz istəməməsi və təmənnasızlığı Qur`anda dəfələrlə bəyan
olunmuşdur. Mə`lum olur ki, xalqın haqqa üz tutmasında ən böyük maneələrdən
biri maddiyyatdır.
Bildirişlər
1. Peyğəmbərlərin maddi məqsədləri yox idi. Onların hədəfi Allahın razılığını
qazanmaq olmuşdur. (Peyğəmbərlərin əcrini Allah Özü verir.)
2. Təbliğdə müvəffəqiyyətin əsas şərtlərindən biri ixlas, səmimilikdir.
3. Allahın xaliqliyinə diqqət ixlas üçün zəmindir.
4. Düşüncə bizi peyğəmbərlərə itaətə, vəhyə tabeçiliyə çağırır. (Ağıl vəhyə
zidd deyil, əksinə vəhyin qəbulu üçün zəmin yaradır.)
5. Dünya və onun mənafeləri fikrində olmayan kəsin özünü bir bu qədər
zəhmətə salmasına nə dəlil var?!

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.