Hud surəsi · 51-ci ayə

«Ey mənim qövmüm, sizdən (boynumda olan vəzifənin çatdırılması müqabilində) bir muzd istəmirəm, mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir, heç düşünmürsünüz?!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Hud dedi) Ey mənim qövmüm! Mən öz risalətim müqabilində sizdən
əvəz istəmirəm. Mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir. Yoxsa
düşünmürsünüz?!”


Nöqtələr
◘Peyğəmbərlərin əvəz istəməməsi və təmənnasızlığı Qur`anda dəfələrlə bəyan
olunmuşdur. Mə`lum olur ki, xalqın haqqa üz tutmasında ən böyük maneələrdən
biri maddiyyatdır.
Bildirişlər
1. Peyğəmbərlərin maddi məqsədləri yox idi. Onların hədəfi Allahın razılığını
qazanmaq olmuşdur. (Peyğəmbərlərin əcrini Allah Özü verir.)
2. Təbliğdə müvəffəqiyyətin əsas şərtlərindən biri ixlas, səmimilikdir.
3. Allahın xaliqliyinə diqqət ixlas üçün zəmindir.
4. Düşüncə bizi peyğəmbərlərə itaətə, vəhyə tabeçiliyə çağırır. (Ağıl vəhyə
zidd deyil, əksinə vəhyin qəbulu üçün zəmin yaradır.)
5. Dünya və onun mənafeləri fikrində olmayan kəsin özünü bir bu qədər
zəhmətə salmasına nə dəlil var?!

 

Tez-tez Verilən Suallar

Hud surəsi 51-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 51-ci ayəsi nə haqqındadır?
«Ey mənim qövmüm, sizdən (boynumda olan vəzifənin çatdırılması müqabilində) bir muzd istəmirəm, mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir, heç düşünmürsünüz?!»
Hud surəsi 51-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 51-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 51-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 51-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 51-ci ayənin təfsiri nədir?
“(Hud dedi) Ey mənim qövmüm! Mən öz risalətim müqabilində sizdənəvəz istəmirəm. Mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir. Yoxsadüşünmürsünüz?!” Nöqtələr◘Peyğəmbərlərin əvəz istəməməsi və təmənnasızlığı Qur`anda dəfələrlə bəyanolunmuşdur. Mə`lum olur ki, xalqın haqqa üz tutmasında ən böyük maneələrdənbiri maddiyyatdır.Bildirişlər1. Peyğəmbərlərin maddi məqsədləri yox idi. Onların hədəfi Allahın razılığınıqazanmaq olmuşdur. (Peyğəmbərlərin əcrini Allah Özü verir.)2. Təbliğdə müvəffəqiyyət...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.