Hud surəsi - Ayə: 52
Hud surəsi 52. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 52 MÖHSÜN QƏRAƏTİ.
“(Hud sözünə davam etdi:) “Ey mənim qövmüm! Rəbbinizdən bağışlanma
diləyin, sonra Ona doğru qayıdın. Tövbə qılın ki, O sizin üçün səmadan
aramsız yağış göndərsin, gücünüzə güc artırsın. Günaha görə (haqq yoldan)
üz döndərməyin.”
Bildirişlər
1. İstiğfar və günahlardan tövbə vacibdir.
2. Günahlara görə bağışlanma diləmək və tövbə qılmaq Allaha doğru qayıdış
üçün müqəddimədir.
3. Bir insanın istiğfar və tövbəsi cəmiyyətin taleyini dəyişmir. Allahın
yardımının nazil olması üçün bütün cəmiyyət dəyişməlidir.
4. Əməllərin və əqidələrin təbiət hadisələrinə tə`siri var. (Ad qövmü şirk və
günahına xatir qıtlıq və quraqlığa düçar olmuşdu.)
5. Təbii amillər diqqətimizi Allahın iradəsindən yayındırmasın.
6. İslam quruluşu və hökuməti iqtisadi tərəqqi istəyirsə, cəmiyyətin
mə`nəviyyatı üzərində işləməlidir.
7. Tövbə və Allaha doğru qayıdışın dünyada mükafatı var-dövlət və qüdrətdir.
8. Elə güman etməyin ki, Allaha iman gətirən insan dünya malından uzaq
düşür. (Əgər iman gətirsək, nəinki bizdən maddi bir şey tələb olunmaz, hətta vardövlətimiz artırılar.
9. Allah dərgahına üz tutub boyun əymək və tövbə qılmaqla nəinki əskilmirik,
hətta güclü, böyük və əziz oluruq.
10. Ad qövmü qüvvətli bir qövm idi.
11. Əgər fiziki gücə iman gücü əlavə olunarsa, insanın qüdrəti kamilləşər.
12. Sağlam, güclü, varlı cəmiyyət ərsəyə gətirmək səmavi dinlərin
məqsədlərindəndir.
13. İqtisadi qüdrət digər qüdrətlər üçün zəmindir.
14. Təbliğdə təşviq üsulundan da yararlanmaq lazımdır. (Məqsədə çatmaq
yolunda maddi nəticələri bəyan etmək olar.)
15. Peyğəmbər yolundan üz döndərib, bu yola e`tinasızlıq göstərmək günahdır.