Hud surəsi · 50-cu ayə

Və Ad qövmünə (qan ya qəbilə) qardaşları Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Həqiqətən siz (bütləri Allaha şərik qoşmaqda) yalnız iftiraçılarsınız».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 50
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Ad qövmünə doğru qardaşları Hud (göndərildi, o, xalqa) dedi: “Ey
mənim qövmüm! Allaha pərəstiş edin, sizin üçün Ondan savay heç bir
mə`bud yoxdur. (Siz bütlərə pərəstiş etməkdə yanılırsınız.) Siz yalnız iftira və
böhtan əhlisiniz.”


Nöqtələr
◘Həzrət Nuhun ardınca həzrət Hud məb`us oldu. Bu peyğəmbərin əhvalatı
“Ə`raf”, surəsinin 65-72-ci ayələrində bəyan olunmuşdur. Mə`lum olur ki, həzrət
Hud Ad qəbiləsindən olmuşdur. Çünki o ayədə “Ad qardaşı” kimi təqdim olunur.
◘Nuhun vəfat vaxtı çatdıqda ətrafındakılara buyurdu: “Məndən sonra qeyb
dövrü olacaq. Həmin vaxt zalım hakimlər ortaya çıxar və Allah mənim nəslimdən
olan Hud adlı canişinlə sizə qurtuluş nəsib edər.”
◘Bütlərin şəfaətçi kimi tanınması həm Allaha iftiradır, həm də bütlərə
böhtandır. Bütlər heç bir xeyir və zərər yetirmək gücündə deyil.
Bildirişlər
1. Həzrət Hudun peyğəmbərliyi Ad qövmünə aid idi.
2. Qardaşyana fəzada təbliğ tə`sirlidir.
3 Peyğəmbərlər yalançı və ya sehrbaz yox, ümmətlər üçün qardaşdırlar.
4. Tövhidə də`vət peyğəmbərlərin ilkin vəzifəsidir.
5. Əməli tövhid e`tiqadi tövhidə əsaslanır.
6. Allaha şərik qoşmaq xülya və böhtandan başqa bir şey deyil.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 50-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 50-cu ayəsi nə haqqındadır?
Və Ad qövmünə (qan ya qəbilə) qardaşları Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Həqiqətən siz (bütləri Allaha şərik qoşmaqda) yalnız iftiraçılarsınız».
Hud surəsi 50-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 50-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 50-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 50-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 50-cu ayənin təfsiri nədir?
“Ad qövmünə doğru qardaşları Hud (göndərildi, o, xalqa) dedi: “Eymənim qövmüm! Allaha pərəstiş edin, sizin üçün Ondan savay heç birmə`bud yoxdur. (Siz bütlərə pərəstiş etməkdə yanılırsınız.) Siz yalnız iftira vəböhtan əhlisiniz.” Nöqtələr◘Həzrət Nuhun ardınca həzrət Hud məb`us oldu. Bu peyğəmbərin əhvalatı“Ə`raf”, surəsinin 65-72-ci ayələrində bəyan olunmuşdur. Mə`lum olur ki, həzrətHud Ad qəbiləsindən olmuşdur. Çünki o ayədə “Ad qardaşı” kimi təqdim olunur.◘Nuhun vəfat vaxtı çatdıqda ətrafındak...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.