Hud surəsi · 40-cu ayə

(Nuh və onun qövmü gözləyirdilər.) Nəhayət Bizim əmrimiz (Bizim mələklərə əmrimiz, ya Bizim icrası qəti olan iradəmiz) yetişən və (su) təndir(dən) qaynayan zaman dedik: «O gəmiyə hər bir heyvandan bir cüt (bir erkək və dişi) və həmçinin (həlak olması) barəsində (Bizim əzəli) hökmümüz verilmiş (zövcən və bir oğlun) istisna olmaqla öz ailə (üzvləri)ni və iman gətirənləri mindir». Və onunla (qövmünün) çox az bir qismindən başqa (heç kəs) iman gətirməmişdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 40
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Qəhr-qəzəbiniz gəlincə, təndir qaynayınca (onların küfr və istehzası
davam etdi). Biz (Nuha) dedik ki, hər zövcdən bir cütünü və (əzab) və`d
olunmuşlar istisna olmaqla öz ailəni, iman gətirən kəsləri (gəmiyə) mindir.
Kiçik bir dəstədən savay onunla birlikdə iman gətirən olmamışdır.”


Nöqtələr
◘“Tənnur” dedikdə bizim dilimizdəki təndir mə`nası başa düşülür. Təndirin
qaynaması tə`biri iki cür anlaşıla bilər: ilahi qəhr-qəzəb o qədər şiddətlənmişdir
ki, hətta təndirdən, alovun içindən su qaynayıb çıxır; təndirdən suyun qaynaması
ilahi əzabın başlamasına işarə ola bilər.

◘Bə`zi rəvayətlərə əsasən, həzrət Nuh gəmiyə heyvanlarla yanaşı müxtəlif
ağaclar da götürmüşdü.
 Belə anlaşılır ki, cütlük (erkək-dişilik) təkcə heyvanlara
aid deyil. “Hər zövcdən bir cüt” tə`biri bütün mövcudlara aid ola bilər.
Rəvayətlərdə belə bir açıqlama verilir ki, “hər zövcdən bir cüt” dedikdə hər
növdən bir cüt əhliləşmiş, bir cüt vəhşi zövcün gəmiyə mindirilməsi nəzərdə
tutulur.

◘“Ruhul-Məani” təfsirində bildirilir ki, həzrət Nuhun dörd oğlu vardı: Tufanda
həlak olmuş Kən`an, ərəb atası Sam, Sudan atası Ham, türk atası Yafis.
Rəvayətlərdə bildirilir ki, Nuhun özü ilə gəmiyə götürdüyü mö`min bir qızı vardı.

◘Hədisdə bildirilir ki, Allah-təala Nuh qövmünə əzab nazil etmək istədikdə 40
il müddətinə onların qadınlarını sonsuz saxladı.

Bildirişlər
1. Kafirlər ilahi qəzəbə düçar olanadək məsxərə etdilər.
2. Həzrət Nuhun əhvalatı böyük əhəmiyyətə malikdir.
3. Suyun istənilən şəkildə qaynaması Allahın əmrinə tabedir.
4. Yaranışın da, məhvin də səbəbi Allahdandır. O, od dolu təndirdən su
qaynadır, atəşi İbrahimə gülüstan edir, həyat qaynağı olan su bir nəslin məhvinə
səbəb olur.
5. Heyvan və canlı varlıqların nəsli qorunmalıdır.
6. Əqidə bağlılıqları ailə bağlılıqlarından üstündür. Nuhun zövcəsi və oğlu
gəmiyə götürülmədi.
7. Haqq tərəfdarları tarix boyu az olmuşdur.
Rəvayətlərdə ayədəki “az” sözünün Nuha iman gətirmiş 80 nəfərə işarə olduğu
bildirilir.

Tez-tez Verilən Suallar

Hud surəsi 40-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 40-cu ayəsi nə haqqındadır?
(Nuh və onun qövmü gözləyirdilər.) Nəhayət Bizim əmrimiz (Bizim mələklərə əmrimiz, ya Bizim icrası qəti olan iradəmiz) yetişən və (su) təndir(dən) qaynayan zaman dedik: «O gəmiyə hər bir heyvandan bir cüt (bir erkək və dişi) və həmçinin (həlak olması) barəsində (Bizim əzəli) hökmümüz verilmiş (zövcən və bir oğlun) isti...
Hud surəsi 40-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 40-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 40-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 40-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 40-cu ayənin təfsiri nədir?
“Qəhr-qəzəbiniz gəlincə, təndir qaynayınca (onların küfr və istehzasıdavam etdi). Biz (Nuha) dedik ki, hər zövcdən bir cütünü və (əzab) və`dolunmuşlar istisna olmaqla öz ailəni, iman gətirən kəsləri (gəmiyə) mindir.Kiçik bir dəstədən savay onunla birlikdə iman gətirən olmamışdır.” Nöqtələr◘“Tənnur” dedikdə bizim dilimizdəki təndir mə`nası başa düşülür. Təndirinqaynaması tə`biri iki cür anlaşıla bilər: ilahi qəhr-qəzəb o qədər şiddətlənmişdirki, hətta təndirdən, alovun içindən su qaynayıb çıxır; ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.