Hud surəsi · 3-cü ayə

«Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 3
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Rəbbinizdən bağışlanma diləyin və Ona doğru qayıdın ki, sizi müəyyən bir müddət xeyir bəhrəyə çatdırsın, fəzilətinə görə artırsın. Əgər üz döndərsəniz, şübhəsiz mən böyük günün sizə əzabından qorxuram.”
Nöqtələr
Ötən ayədə tövhid haqqında danışıldı. Bu ayədə isə Allaha doğru qayıdış və tövhid yolunu tutmaq mövzuları bəyan olundu.
"Mətaən həsənən”, yəni ruhi aramlıqla müşayiət olunan xoş bir həyat deməkdir. Halbuki başqaları maddi baxımdan rifah içində yaşasalar da, Allah zikrindən uzaq düşdükləri üçün acı bir ömür sürürlər.
Bildirişlər
1. Peyğəmbərlərin vəzifələrindən biri azğınların tərbiyəsidir.
2. İnsan nə qədər ki, günah yükünü yerə qoymayıb, haqqa doğru pərvaz edə bilməz.
3. Günahdan uzaqlaşmaq kafi deyil, Allaha doğru hərəkət də lazımdır.
4. Tövbə vacibdir.
5. Günaha görə tövbə qılmaq Allahın maddi nemətlərinin nazil olmasına səbəb olur.
6. Kafirlərin və günahkarların ixtiyarında olan imkan fitnə-fəsad yolunda sərf olunduğundan bərəkətsiz sayılır.
7. İslam dini gözəl yaşayışa diqqətlidir.
8. İman və tövbə insanın həyatının ölüm gününədək sığortalayır.
9. Tövbə həm keyfiyyət, həm də kəmiyyətcə üstün bəhrələnmə rəmzidir.
10. Tövbə qəfil ölümlərin qarşısını alır.
11. Ölüm vaxtı insana məchuldur.
12. Qiyamətdə insanların dərəcələri fərqlidir. Dünyada daha çox fəzilət əldə edən şəxs axirətdə daha çox lütfə çatır.
13. Peyğəmbərlər xalqa can yandırmışlar.
14. Tövbəni tərk etmək böyük (kəbirə) günahdır.

Tez-tez Verilən Suallar

Hud surəsi 3-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 3-cü ayəsi nə haqqındadır?
«Və öz Rəbbinizdən bağışlanmaq istəyəsiniz, sonra (tövbə edərək) Ona tərəf qayıdasınız ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgə...
Hud surəsi 3-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 3-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 3-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 3-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 3-cü ayənin təfsiri nədir?
"Rəbbinizdən bağışlanma diləyin və Ona doğru qayıdın ki, sizi müəyyən bir müddət xeyir bəhrəyə çatdırsın, fəzilətinə görə artırsın. Əgər üz döndərsəniz, şübhəsiz mən böyük günün sizə əzabından qorxuram.” Nöqtələr Ötən ayədə tövhid haqqında danışıldı. Bu ayədə isə Allaha doğru qayıdış və tövhid yolunu tutmaq mövzuları bəyan olundu. "Mətaən həsənən”, yəni ruhi aramlıqla müşayiət olunan xoş bir həyat deməkdir. Halbuki başqaları maddi baxımdan rifah içində yaşasalar da, Allah zikrindən uzaq düşdüklə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.