Hud surəsi · 29-cu ayə

«Və ey mənim qövmüm, mən bunun (risalətin) çatdırılması üçün sizdən bir mal istəmirəm, mənim muzdum yalnız Allahın öhdəsinədir. Və mən iman gətirənləri qovan deyiləm, çünki onlar (sabah) öz Rəbbləri ilə görüşəcəklər (və orada mənimlə düşmənçilik edərlər) və lakin sizi nadanlıq edən bir qövm görürəm.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 29
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Nuh sözünə davam edib dedi:) "Ey mənim qövmüm! Sizdən dəvətim müqabilində əvəz istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. Mən iman gətirən kəsləri (sizin yersiz istəklərinizə görə) rədd etmərəm. Onlar öz Rəbbləri ilə görüşəcəklər. Amma mən sizi cahil bir qövm görürəm.”
Bildirişlər
1. Peyğəmbərlərin təmənnasızlığı onların haqlı olmalarının nişanələrindəndir.
2. Xalqdan təmənnasızlıq və dövlətlilərə etinasızlıq təbliğçinin müvəffəqiyyət rəmzidir. Əlbəttə ki, təbliğatçıların Allah yanında böyük mükafatları var.
3. Əgər peyğəmbərlərin dünyəvi məqsədləri olsaydı, onlar fəqirlərə yox, varlılara üz tutardılar.
4. Əyan-əşraf, varlılar vəd edirdilər ki, fəqirlər uzaqlaşdırılsa, onlar iman gətirərlər. Amma peyğəmbərlər müxaliflərin bu istəklərini qətiyyətlə rədd edirdilər.
5. Təbliğatda qazanc məqsədi olmayan insan üçün yoxsulla varlı arasında fərq yoxdur.
6. Təkəbbürlü başçıların istəklərinə əhəmiyyət verməyək.
7. Kafirlər möminləri əskik sayırdılar. Amma Peyğəmbər (s) onlara buyururdu: "Mən onları sizə dəyişmərəm.”
8. Haqq hökumət varlıların diqqətini cəlb etmək üçün məhrumları əldən buraxmamalıdır.
9. Allah yanında hörməti olanlar rədd edilməməlidirlər.
10. Qiyamətin yada salınması dünyəvi mövqeyə düzgün yön verir.
11. Fəqirliyinə görə möminləri təhqir etmək düşüncəsizlik nişanəsidir.
12. Quran möminləri əskik sayanları cahil və nadan kimi tanıtdırır.
13. Ariflərin dərəcələrindən biri ilahi fəzada görüş və hüzurdur. Varlılar belə bir məqamdan xəbərsizdirlər.

Tez-tez Verilən Suallar

Hud surəsi 29-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 29-cu ayəsi nə haqqındadır?
«Və ey mənim qövmüm, mən bunun (risalətin) çatdırılması üçün sizdən bir mal istəmirəm, mənim muzdum yalnız Allahın öhdəsinədir. Və mən iman gətirənləri qovan deyiləm, çünki onlar (sabah) öz Rəbbləri ilə görüşəcəklər (və orada mənimlə düşmənçilik edərlər) və lakin sizi nadanlıq edən bir qövm görürəm.»
Hud surəsi 29-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 29-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 29-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 29-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 29-cu ayənin təfsiri nədir?
"(Nuh sözünə davam edib dedi:) "Ey mənim qövmüm! Sizdən dəvətim müqabilində əvəz istəmirəm. Mənim mükafatım yalnız Allaha aiddir. Mən iman gətirən kəsləri (sizin yersiz istəklərinizə görə) rədd etmərəm. Onlar öz Rəbbləri ilə görüşəcəklər. Amma mən sizi cahil bir qövm görürəm.” Bildirişlər 1. Peyğəmbərlərin təmənnasızlığı onların haqlı olmalarının nişanələrindəndir. 2. Xalqdan təmənnasızlıq və dövlətlilərə etinasızlıq təbliğçinin müvəffəqiyyət rəmzidir. Əlbəttə ki, təbliğatçıların Allah yanında b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.