Hud surəsi - Ayə: 30

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 30
«Və ey mənim qövmüm, əgər mən onları (öz yanımdan) qovsam, Allah qarşısında mənə kim kömək edəcəkdir? Məgər ibrət götürmürsünüz?!»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 30. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 30 MÖHSÜN QƏRAƏTİ.

"(Nuh möminlərin rədd edilməsi istəyinə belə cavab verdi:) "Ey xalq! Əgər mən onları qovsam, Allah qarşısında mənə kim yardım edəcək? Nə üçün düşünmürsünüz?”
Bildirişlər
1. İmanlı insanların rədd edilməsi və təhqiri ilahi qəhr-qəzəblə nəticələnər.
2. Allahın qəhr-qəzəbinə kimsə mane ola bilməz.
3. Möminlər rədd edilsə, ilahi dinə kim yardım göstərəcək?
4. Xalqın razılığını Allahın qəzəbi hesabına əldə etməyək.
5. Peyğəmbərlər öz ictimai və şəxsi mövqelərini möhkəmlətmək üçün yox, ilahi bir vəzifə olaraq xalqa xidmət edirdilər.
6. Öz təbliğimizdə xalqın vicdanına sual ünvanlamaqla onları mühakiməyə çağıraq.
7. İlahi qəhr-qəzəb yetişdikdə mövcudların zəifliyini hamı etiraf edir. Amma bəzən bu həqiqət yaddan çıxır.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.