Hud surəsi · 26-cı ayə

«Allahdan başqasına ibadət etməyin. Həqiqətən, mən sizin üçün ağrılı günün əzabından qorxuram.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Mənim dəvətim budur ki,) Allahdan qeyrisinə pərəstiş etməyin. Həqiqətən, mən ağrılı günün sizə əzabından qorxuram.”
Nöqtələr
Həzrət Nuh ilk "ülul-əzm”, yəni böyük peyğəmbərdir. O, şirk və bütpərəstliyə qarşı qiyam qaldırdı. Kafirlər qərq olduqdan sonra qalan bəşər nəsli həzrət Nuhdandır. Bu səbəbdən də Nuhu ikinci Adəm və ya ikinci ata adlandırırlar. Həzrət Nuh bütün peyğəmbərlərdən çox yaşadığı üçün ona "şeyxül-ənbiya” adı verilmişdir.
Ola bilsin ki, həzrət Nuh elə bu dünyada qövmünün ilahi qəzəbə gələcəyindən qorxurdu. Bu həqiqət növbəti ayələrdə təsdiqlənir.
Bildirişlər
1. Peyğəmbərlər ilk növbədə öz qövmlərinə təbliğ edirlər.
2. Peyğəmbərlərin xəbərdarlığı xalqın xeyrinədir.
3. Qafil insanın hər şeydən öncə xəbərdarlığa ehtiyacı var.
4. Göstəriş və təbliğ aydın və dəqiq olmalıdır.
5. Peyğəmbərlər həm xəbərdarlıq edir, həm də xalqa xeyirli yolu göstərirlər.
6. Peyğəmbərlərin məqsəd və vəzifələri tövhid məsələsinin bəyanıdır.
7. Şirkin tarixi həzrət Nuhun zamanına gedib çıxır.
8. Bütün insanlarda pərəstiş və ibadət cövhəri var. Peyğəmbərlər isə sadəcə bu yolu müəyyənləşdirir.
9. Peyğəmbərlər xalqın xeyirxahıdırlar və ona can yandırırlar.
10. Təbliğatçı və tərbiyəçinin vəzifəsi qarşı tərəfi şirkin pis aqibətindən xəbərdar etməkdir.

Tez-tez Verilən Suallar

Hud surəsi 26-cı ayə haqqında suallar və cavablar

Hud surəsinin 26-cı ayəsi nə haqqındadır?
«Allahdan başqasına ibadət etməyin. Həqiqətən, mən sizin üçün ağrılı günün əzabından qorxuram.»
Hud surəsi 26-cı ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 26-cı ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 26-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 26-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 26-cı ayənin təfsiri nədir?
"(Mənim dəvətim budur ki,) Allahdan qeyrisinə pərəstiş etməyin. Həqiqətən, mən ağrılı günün sizə əzabından qorxuram.” Nöqtələr Həzrət Nuh ilk "ülul-əzm”, yəni böyük peyğəmbərdir. O, şirk və bütpərəstliyə qarşı qiyam qaldırdı. Kafirlər qərq olduqdan sonra qalan bəşər nəsli həzrət Nuhdandır. Bu səbəbdən də Nuhu ikinci Adəm və ya ikinci ata adlandırırlar. Həzrət Nuh bütün peyğəmbərlərdən çox yaşadığı üçün ona "şeyxül-ənbiya” adı verilmişdir. Ola bilsin ki, həzrət Nuh elə bu dünyada qövmünün ilahi q...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.