Hud surəsi - Ayə: 27

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 27
Beləliklə, onun qövmünün küfr edən böyük və başçıları dedilər: «Biz səni yalnız özümüz kimi bir bəşər görürük (sən nə mələksən, nə də maddi baxımdan və məqam cəhətdən bir üstünlük sahibi). Və sənə bizim nanəciblərimizdən başqa l (onlar da) fikirləşmədən və elə ilk baxışda l tabe olan bir kəs görmürük. Həmçinin sizdə özümüzdən heç bir üstünlük görmürük, əksinə, sizi yalançı hesab edirik.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 27. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 27 MÖHSÜN QƏRAƏTİ.

"Onun qövmünün kafir başçıları dedilər: "Biz səni yalnız özümüz kimi bir insan bilirik. Sadəlövh səfillərdən başqa kimsənin sənə itaət etdiyini görmürük. Sizdə özümüzlə müqayisədə heç bir üstünlük görmür, sizi yalançı sayırıq.”
Nöqtələr
Haqqın müxalifləri bəzən ilahi rəhbərləri kiçildərək deyirdilər: "Siz də bizim kimi insansınız və bizdən üstünlüyünüz yoxdur.” Bəzən də peyğəmbərlərin ardıcıllarını kiçik sayıb bildirirdilər: "Onlar əlsiz-ayaqsız, şəxsiyyətsiz kəslərdir.” Bəzən də peyğəmbərlərin əqidə məktəbini kiçik göstərərək deyirdilər: "Sizin sözünüz yalan, iftira, sehr və ya keçmişdəkilərin əfsanəsidir. Danışdıqlarınız adi sözdür, biz də istəsək, belə sözlər deyərik.”
Bildirişlər
1. Əyan-əşraflar, adətən, peyğəmbər müxaliflərinin ön cərgəsində dayanmışlar.
2. Xalq kütlələri, xüsusi ilə məhrumlar arasındakı bərabərlik təkəbbürlü qüvvələri qorxudur.
3. Dünyaya dərin bağlılığı olmayanlar daha tez iman gətirirlər.
4. Dünyapərəstlərin nəzərində həqiqət yox, var-dövlət dəyərlidir.
5. Peyğəmbərlərin müxaliflərinin heç bir dəlili yoxdur. Onlar zənn-güman əsasında danışırlar.
6. Kafirlərin ağlı onların gözündədir. Bu ayədə "görmürlər” sözü üç dəfə işlədilmişdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.