Hud surəsi · 19-cu ayə

O kəslər(ə) ki, (insanları) Allahın yolundan saxlayır və onu əyri göstərirlər (yaxud ona əyri mətləblər daxil edirlər) və o kəslər ki, axirət gününə olduqca kafirdirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah yolundan (xalqı) uzaqlaşdıranlar və onu əyməyə çalışanlar özləri axirətə kafir olanlardır.”
Nöqtələr
Düşmənlər Allah yolunda müxtəlif üsullarla maneçilik törədirlər. O cümlədən: bidət (dində dəyişiklik), böhtan, şəxsi rəy əsasında təfsir, uydurma hədislər, şəkk-şübhə yaratmaq, məscidlərin tənəzzülü, Peyğəmbər (s) əhli-beytini bir kənara qoymaq, yaxşı işlərə qadağa, bəhanəçilik, qeyri-sağlam əyləncələr, fərdi məsələlərin qabardılması, şəxsiyyətlər quralamaq, pis işlərə rəvac vermək, möminlərin təhqiri, halal şeylərin haram edilməsi, yersiz təşviq, yersiz təbliğat, zalım hakimlərin əzəmətli göstərilməsi və ...
Allah övliyalarının, Peyğəmbər (s) əhli-beytinin, məsum və adil rəhbərlərin qapısının bağlanması Allah yolunun bağlanmasının bariz nümunələrindəndir.
Bildirişlər
1. Allah yolunu bağlamaq və ya onu əyri göstərmək zülmdür.
2. Düşmən ilkin mərhələdə yolu bağlayır. Əgər bunu bacarmadısa, onu dəyişir.
3. Dini maarifin təhrifi və onun pis göstərilməsi Allah yolunun bağlanması nümunələrindəndir.
4. Allahın dinində heç bir nöqsan və əyrilik yoxdur. Əyintini yaradan müxaliflər özləridir.
5. Axirətə imansızlıq hər növ zülmün müqəddiməsidir.

Tez-tez Verilən Suallar

Hud surəsi 19-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 19-cu ayəsi nə haqqındadır?
O kəslər(ə) ki, (insanları) Allahın yolundan saxlayır və onu əyri göstərirlər (yaxud ona əyri mətləblər daxil edirlər) və o kəslər ki, axirət gününə olduqca kafirdirlər.
Hud surəsi 19-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 19-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 19-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 19-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 19-cu ayənin təfsiri nədir?
"Allah yolundan (xalqı) uzaqlaşdıranlar və onu əyməyə çalışanlar özləri axirətə kafir olanlardır.” Nöqtələr Düşmənlər Allah yolunda müxtəlif üsullarla maneçilik törədirlər. O cümlədən: bidət (dində dəyişiklik), böhtan, şəxsi rəy əsasında təfsir, uydurma hədislər, şəkk-şübhə yaratmaq, məscidlərin tənəzzülü, Peyğəmbər (s) əhli-beytini bir kənara qoymaq, yaxşı işlərə qadağa, bəhanəçilik, qeyri-sağlam əyləncələr, fərdi məsələlərin qabardılması, şəxsiyyətlər quralamaq, pis işlərə rəvac vermək, möminl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.