Hud surəsi - Ayə: 18

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 18
Kim Allaha yalan nisbət verəndən (Onu olmadığı kimi vəsf edəndən, qeyri-asimani bir dini Ona nisbət verəndən, şəriətdə bir bidət yaradandan) daha zalımdır? Onlar (Qiyamət günü) özlərinin Rəbbinə təqdim ediləcəklər və şahidlər (əməlləri yazan mələklər, hər bir əsrin məsumu və özlərinin bədən üzvləri) deyəcəklər: «Bunlardır özlərinin Rəbbinə yalan nisbət vermiş kəslər! Bilin! Allahın lənəti olsun zalımlara!
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 18. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 18 MÖHSÜN QƏRAƏTİ.

"Allaha iftira yaxandan da zalım kimdir? Onlar (qiyamətdə) Rəblərinə tapşırılarlar. Şahidlər deyəcəklər: "Bunlar Rəblərinə iftira yaxan kəslərdir.” Bilin ki, zalımlar Allahın lənətinə gələrlər.”
Nöqtələr
Qiyamət mühakiməsinin bir çox şahidi var: bütün əməllərimizə şahid olan Allah ; həzrət Peyğəmbər (s) ; məsum imamlar ; mələklər ; yer ; vicdan ; bədən üzvləri ; zaman imam Zeynəlabidin (ə) "Səhifeyi-Səccadiyyə kitabının” altıncı duasında qiyamətdə zamanın şahid olacağını qeyd edir.); əməl .
Sual: Quran bir çox günahlarla bağlı cəm formada "əzləm” sözünü işlətmişdir. Məgər zülmlərin ən böyüyü bir zülm deyilmi?
Cavab: Bu təbir on beş məqamda işlədilsə də, bütün hallarda şirk, iftira, haqqın gizlədilməsi kimi düşüncə azğınlıqlarından söhbət gedir. Beləcə ən böyük zülm düşüncə, mədəniyyət və etiqadla bağlı zülmdür.
Quran bu və bundan əlavə bir neçə ayədə iftiraçı insanların simasından və taleyindən danışaraq buyurur: iftiraçılar insanların ən zalımıdırlar, ilahi lütflərdən məhrumdurlar, qiyamətə imanları yoxdur, həqiqəti təhrif edirlər, Allah yolunu bağlayırlar, qiyamətdə yardımçıları yoxdur, əzabları neçə qat artıqdır, ömürləri puça getmişdir, səyləri əbəsdir, varlıqlarını uduzmuşlar.
Bildirişlər
1. Ən böyük zülm Allaha iftira yaxılmasıdır. Dini yazarlar və natiqlər öz fəaliyyətlərində ehtiyatlı olsunlar.
2. Zülmün böyüklüyü onun ünvanından asılıdır.
3. Qiyamətdə pərdələr götürülər və heç bir iş gizli qalmaz.
4. Qiyamətdə çoxları şəhadət verər. Əməllərimizə qarşı diqqətli olaq.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.