Hud surəsi · 16-cı ayə

Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər (iman şərtinin və çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən) boşa çıxacaqdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 16
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar qiyamətdə oddan savay bir şeyi olmayanlardır. Dünyada hazırladıqları şeylər havaya sovruldu. Gördükləri əməllər batil və səmərəsiz olacaq.”
Nöqtələr
Vəzifəsi ibadət olan və bu işi Allaha yaxınlıq məqsədi ilə yerinə yetirməli olan insan uyğun məqsədi gizləmədikdə gördüyü işlər batildir. Allaha yaxınlıq qəsdi olmadan və dünya üçün görülən işlərin isə nəticəsi yalnız dünyaya aiddir və bu əməl qiyamətdə puça çıxar.
Peyğəmbərin (s) ətrafındakılardan biri bir qadına nəzər salıb ona əl uzatdı. Getdiyi yolda uçulan divar onun üz-gözünü yaraladı. Həzrət Peyğəmbər (s) bu əhvalatı eşidib buyurdu: "Allah səni dünyada cəzalandırdı ki, axirətdə əziyyət çəkməyəsən. Bəzi fərdlərin isə əməllərinin mükafatı bu dünyada verilir ki, axirətdə bir tələbləri olmasın.” 
Həzrət Əli (ə) bu ayəni tilavət edərkən buyurmuşdur: "Bir qığılcımı yerə düşdükdə bütün cücərtiləri yaxıb-yandıran oda necə səbir edim?!” 
Bildirişlər
1. Axirətdə dünyapərəstlərin əli boşdur.
2. Dünya üçün, riyakarlıqla görülən işlər axirətdə puça çıxır.

Tez-tez Verilən Suallar

Hud surəsi 16-cı ayə haqqında suallar və cavablar

Hud surəsinin 16-cı ayəsi nə haqqındadır?
Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər (iman şərtinin və çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən) boşa çıxacaqdır.
Hud surəsi 16-cı ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 16-cı ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 16-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 16-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 16-cı ayənin təfsiri nədir?
"Onlar qiyamətdə oddan savay bir şeyi olmayanlardır. Dünyada hazırladıqları şeylər havaya sovruldu. Gördükləri əməllər batil və səmərəsiz olacaq.” Nöqtələr Vəzifəsi ibadət olan və bu işi Allaha yaxınlıq məqsədi ilə yerinə yetirməli olan insan uyğun məqsədi gizləmədikdə gördüyü işlər batildir. Allaha yaxınlıq qəsdi olmadan və dünya üçün görülən işlərin isə nəticəsi yalnız dünyaya aiddir və bu əməl qiyamətdə puça çıxar. Peyğəmbərin (s) ətrafındakılardan biri bir qadına nəzər salıb ona əl uzatdı. G...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.