Hud surəsi · 118-ci ayə

Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 118
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Əgər Rəbbin istəsəydi, bütün xalqı (məcburi surətdə) vahid bir ümmət
qərar verərdi. Onlar hələ də ixtilafdadırlar.”


Nöqtələr
◘Qur`ani-məciddə insanların əqidə seçimində azad olmaları məsələsi dəfələrlə
qeyd olunmuşdur. Allah xalqı doğru yola hidayət etsə də, onlar məcbur olunmur.
İslam peyğəmbərinə (s) də xalqı məcbur etmək haqqı verilməmişdir. Həzrətin
vəzifəsi xalqa haqqı xatırlatmaq və doğru yolu göstərmək olmuşdur.
 Buna görə də Allah təqva və günah yolunu insanın fitrəti dərk edəcək bir yolla çatdırmışdır.
Bundan əlavə, cəmiyyətə peyğəmbərlər göndərilmiş, insanlar doğru yola də`vət
edilmişlər. Yolunu öz istəyi ilə əyən insan özüdür.
Bildirişlər
1. İnsanın yaranışındakı ilahi sünnə əqidə və düşüncə azadlığına əsaslanır.
2. Allahın iradəsinə qarşı çıxmaq mümkünsüzdür.
3. Heç bir dövrdə insanlar həmfikir olmamışlar.
4. İnsanlar arasındakı ixtilaf onların azad olduğunu göstərir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 118-ci ayə haqqında suallar və cavablar

Hud surəsinin 118-ci ayəsi nə haqqındadır?
Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dində və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər.
Hud surəsi 118-ci ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 118-ci ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 118-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 118-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 118-ci ayənin təfsiri nədir?
“Əgər Rəbbin istəsəydi, bütün xalqı (məcburi surətdə) vahid bir ümmətqərar verərdi. Onlar hələ də ixtilafdadırlar.” Nöqtələr◘Qur`ani-məciddə insanların əqidə seçimində azad olmaları məsələsi dəfələrləqeyd olunmuşdur. Allah xalqı doğru yola hidayət etsə də, onlar məcbur olunmur.İslam peyğəmbərinə (s) də xalqı məcbur etmək haqqı verilməmişdir. Həzrətinvəzifəsi xalqa haqqı xatırlatmaq və doğru yolu göstərmək olmuşdur. Buna görə də Allah təqva və günah yolunu insanın fitrəti dərk edəcək bir yolla ça...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.