NUR TƏFSİRİ: Hud surəsi / ayə 117
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
“Rəbbin xalqı islahçı olan abadlıqları zülm və sitəmlə həlak etmək
qəsdində deyil.”
Nöqtələr
◘Peyğəmbər (s) buyurmuşdur: “Ayədə islah deyərkən insanların bir-birinə
insafla yanaşması nəzərdə tutulur.
◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Ey İbn-Məs`ud, xalqla insaflı rəftar et,
onlara xeyirxah ol, mərhəmət göstər. Əgər belə olsan, aralarında olduğun şəhər
əhli qəzəbə gəldikdə Allah sənə nəzər salıb, sənə xatir onlara rəhm edər.”
Bildirişlər
1. Allahın qəhr-qəzəbinin dəlili var.
2. Saleh olmaq bəs etmir, islahedici də olmaq lazımdır. (Allahın əzabından
amanda qalma yollarından biri xalqın islah istəyidir.)