Hud surəsi · 112-cü ayə

Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi görür.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 112
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Ey peyğəmbər,) sənə əmr edildiyi kimi möhkəm ol. Səninlə Allaha doğru
gələnlər də (möhkəm olsunlar.) Həddi aşmayın, O, etdiyiniz işləri görəndir.”


Nöqtələr
◘Rəvayətdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: “Hud” surəsi
məni qocaltdı.” Bildirirlər ki, həzrət Peyğəmbər (s) Hud surəsinin məhz bu ayəsini
nəzərdə tutmuşdur.
 Bu ayənin ilk cümləsi eynən başqa bir surədə bəyan olunsa da, məhz bu ayə uyğun xüsusiyyətlə tanınmışdır. Ola bilsin ki, bu ayəni tarixin
burada bəyan olunmamış səhifələri ağırlaşdırmışdır. Həzrət Peyğəmbərin (s)
ətrafındakılardan ona vəfalı olmayanlar da vardı. Həzrət onların vəfasızlığından
əziyyət çəkirdi.
Bildirişlər
1. Əgər Allah hamının gördüyü işin əvəzini əskiltmədən verirsə, möhkəm ol!
2. Peyğəmbər tarixinin nəticəsi sabitqədəmlikdir.
3. Sabitqədəmlik və möhkəmlikdə rəhbər birinci olmalıdır. (İlkin İslam
dövründə Məkkə şəraiti müsəlmanlar üçün ağır idi və möhkəmliyə ehtiyac vardı.)
4. Möhkəmlik bütün sahələri əhatə etdikdə dəyərli olur. İnsan ibadətdə,
təbliğdə, çətinliklər qarşısında möhkəm olmalıdır.
5. İnsanın əməlləri ilahi göstərişə əsaslanmalıdır. Qiyasa (yersiz müqayisəyə),
təxəyyülə əsaslanan əməl puçdur.
6. Ümmət möhkəm olmadıqda rəhbərin möhkəmliyi səmərə vermir.
7. Allaha doğru qayıdışın qiyməti ağırdır. Bu qiymət doğru yolda
sabitqədəmlik və tövbədən öncəki yola qayıtmamaqdan ibarətdir.
8. Hər şey ilahi göstərişə əsaslanmalıdır və ifrata varmaq olmaz.
9. Rəhbər və ümmət düz yolla hərəkət etməlidir. İfrat və təfritdən çəkinmək
lazımdır.
10. Dində sabitqədəmlik Allah tərəfindən mükafatlandırılır.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 112-cü ayə haqqında suallar və cavablar

Hud surəsinin 112-cü ayəsi nə haqqındadır?
Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi görür.
Hud surəsi 112-cü ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 112-cü ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 112-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 112-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 112-cü ayənin təfsiri nədir?
“(Ey peyğəmbər,) sənə əmr edildiyi kimi möhkəm ol. Səninlə Allaha doğrugələnlər də (möhkəm olsunlar.) Həddi aşmayın, O, etdiyiniz işləri görəndir.” Nöqtələr◘Rəvayətdə həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql edilir: “Hud” surəsiməni qocaltdı.” Bildirirlər ki, həzrət Peyğəmbər (s) Hud surəsinin məhz bu ayəsininəzərdə tutmuşdur. Bu ayənin ilk cümləsi eynən başqa bir surədə bəyan olunsa da, məhz bu ayə uyğun xüsusiyyətlə tanınmışdır. Ola bilsin ki, bu ayəni tarixinburada bəyan olunmamış səhifələr...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.