Hud surəsi - Ayə: 113
Hud surəsi 113. Ayənin Təfsirləri
NUR TƏFSİRİ: Hud surəsi / ayə 113 MÖHSÜN QƏRAƏTİ.
“Zülmkarlara meyl etməyin, onlara sığınmayın. (Əzab alovu) sizi də
bürüyər və bu halda sizin üçün Allah qarşısında heç bir yardımçı tapılmaz.
(Heç bir tərəfdən) yardım almazsınız.”
Nöqtələr
◘Rəvayətlərdə bildirilir ki, zalıma məhəbbət və itaət ona sığınmaq
nümunələrindən sayılır. Rəvayətdə oxuyuruq: “Zülmkar şəxs qohumun və ya
dostun olsa da, ona ümid bağlama.”
“Kafi” kitabında nəql olunur ki, əgər
zülmkar bir şey bağışlamaq üçün əlini cibinə salacağı qədər yaşamasına razı
olsan, zalıma sığınmısan və bil ki, Allah bu işi qadağan etmişdir.
◘Əmr sahibinə itaət vacib, zalıma sığınmaq haramdırsa, demək, əmr sahibi
(rəhbər) zalım ola bilməz. Günah zülm nümunəsi sayıldığından əmr sahibi hətta
mə`sum olmalıdır.
Zalıma sığınmaq odla nəticələnir. Görün zalımın öz vəziyyəti necə olacaq!
Bildirişlər
1. Daxili və xarici zülmkara istənilən cür meyl və e`timad qadağandır.
(Həmkarlar itaət və rəhbərliyə layiq deyil.)
2. Zülmkara sığınmaq kəbirə (böyük) günahdır. (Qur`anda od və`d olunmuş hər
bir günah kəbirə günahdır)
3. Zalıma sığınmaq əvəzinə Allaha təvəkkül edək.
4. Sitəmkara sığınmağın nəticəsi qürbət və tənhalıqdır.