Hud surəsi · 109-cu ayə

Buna görə də onların ibadət etdikləri şey(in batil olması) barəsində şəkk və tərəddüddə olma. Onlar yalnız atalarının bundan qabaq ibadət etdikləri kimi (üsuliddində təqlid etməklə özlərinin düzəltdikləri məbuda) ibadət edirlər. Biz (dünyanın məhdud malından və axirətin qeyri-məhdud əzabından) onların paylarını şübhəsiz, kamil surətdə və əskiltmədən verəcəyik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Hud surəsi / ayə 109
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“(Ey peyğəmbər,) bu kafirlərin pərəstiş etdiklərinə (onların batil
olmasına) şəkk etmə. Onlar yalnız əvvəllər atalarının ibadət etdiyinə
(bütlərə) ibadət edirlər. Həqiqətən, Biz onların qismətini əskiltmədən tam
şəkildə verəcəyik.”


Bildirişlər
1. Rəhbər öz yolunda o qədər möhkəm və qətiyyətli olmalıdır ki, ümmətin
azğınlığı onu süstləşdirməsin.
2. Şəxsiyyətlərə müraciət xalqa daha çox tə`sir edir.
3. Bütpərəstlərin və müşriklərin heç bir dəlil və məntiqi yoxdur.
4. Ata-babaların öz nəsillərinin əməl və rəftarına tə`siri var.
5. Bə`zən ata-babaların əqidəsinə inanc yanlış olur.
6. Allah kafir və müşriklərə də zülm etmir.

 

Tez-tez Verilən Suallar

Hud surəsi 109-cu ayə haqqında suallar və cavablar

Hud surəsinin 109-cu ayəsi nə haqqındadır?
Buna görə də onların ibadət etdikləri şey(in batil olması) barəsində şəkk və tərəddüddə olma. Onlar yalnız atalarının bundan qabaq ibadət etdikləri kimi (üsuliddində təqlid etməklə özlərinin düzəltdikləri məbuda) ibadət edirlər. Biz (dünyanın məhdud malından və axirətin qeyri-məhdud əzabından) onların paylarını şübhəsi...
Hud surəsi 109-cu ayə hansı surədə yerləşir?
Hud surəsi Quran-ı Kərimin 11-ci surəsidir. Bu surə Məkkəvi surədir və 109-cu ayə Hud surəsinin tərkib hissəsidir.
Hud surəsi 109-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Hud surəsinin 109-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Hud surəsi 109-cu ayənin təfsiri nədir?
“(Ey peyğəmbər,) bu kafirlərin pərəstiş etdiklərinə (onların batilolmasına) şəkk etmə. Onlar yalnız əvvəllər atalarının ibadət etdiyinə(bütlərə) ibadət edirlər. Həqiqətən, Biz onların qismətini əskiltmədən tamşəkildə verəcəyik.” Bildirişlər1. Rəhbər öz yolunda o qədər möhkəm və qətiyyətli olmalıdır ki, ümmətinazğınlığı onu süstləşdirməsin.2. Şəxsiyyətlərə müraciət xalqa daha çox tə`sir edir.3. Bütpərəstlərin və müşriklərin heç bir dəlil və məntiqi yoxdur.4. Ata-babaların öz nəsillərinin əməl və ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.