Hud surəsi - Ayə: 108

Məkkəvi Quran-ı Kərim
Hud surəsi - Ayə: 108
Xoşbəxt olanlara gəldikdə, onlar Cənnətdədirlər. (Axirət aləminin) göylər(i) və yer(i) durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. (Bu, ardı-arası) kəsilməyən bir bəxşişdir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Hud surəsi 108. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Hud surəsi / ayə 108 MÖHSÜN QƏRAƏTİ.

“Amma xoşbəxt olanlar göylər və yer durduqca behiştədirlər. Rəbbinin
istəyi ilə bu əta qət olası deyil.”


Bildirişlər
1. İnsanların bədbəxtliyi onların öz istəyidir. Xoşbəxtlik isə yalnız Allahın
tövfiqi ilə mümkündür.
2. Allah istədiyini edə bilsə də, bu ayənin son hissəsi və digər ayələrdəki
və`dinə görə, behişt əhlini oradan çıxarmır. Behiştə daxil olan insan həmişəlik
orada qalır.

 

Müəllif: MÖHSÜN QƏRAƏTİ.