Əl-Ənam ‏ surəsi · 98-ci ayə

Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan və Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən və bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur. Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib və bəzisi (hələlik ataların belləri və anaların bətnində) əmanət qoyulmuşdur. Biz (Öz qüdrət və hikmət) nişanələri(mizi) dərindən düşünən (başa düşən) dəstə üçün ətraflı açıqladıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 98
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Odur sizi bir nəfsdən yaradan. Bəziləri qərarlaşdı (dünyaya gəldi) və bəziləri (pərdələr arxasında, ana bətnində) əmanət saxlanıldı. Biz Öz ayələrimizi anlayan qövm üçün ətraflı bəyan etdik.”

     

    Nöqtələr
    "Ənşəə” sözündə iki zəruri nöqtə var: İxtira və ardıcıl tərbiyə. İnsanın yaranışında da ixtira və yeniliklər vardır. Eləcə də, bu zaman ardıcıl tərbiyə yaddan çıxarılmamalıdır. Bəli, bir şeyi təkrar yaratmaq və ya yaradıb başına buraxmaq elə də dəyərli deyildir.
    "Qərarlaşdı” və "əmanət qoyuldu” təbirlərinin başqa bir mənası da var. Məsələn, insanın ruhu daimi, cismi müvəqqətidir. İnsanda iman ya daimidir, ya da davamsız. İnsan ana bətnindəki daimi nütfədən və atanın davamsız nütfəsindən yaranır. O, yer üzündə qərarlaşıb qiyamət gününədək qəbirdə əmanət qalır. Nemətlər bəzən davamlı, bəzən davamsız olur. İmam Sadiqdən (ə) nəql olunmuş bir duada deyilir ki, Qədir bayramı namazından sonra Allahdan Onun nemətlərinin davamlı olmasını istəyin. Çünki Allah Özü iki hal bəyan etmişdir. 
    Bildirişlər
    1. Sizin hamınızın əsli və kökü birdir. Bəs bu qədər ixtilaf və üstünlük istəyi nə üçündür?!
    2. İnsanın yaranışında bir bu qədər çeşidlilik və yeniliyin mövcudluğu (özü də tənha bir nəfsdən) Allahın əzəmətini göstərir.
    3. Bütün verilənlər daimi olmur. Nə qədər ki, nemət və imkan var, ondan ən üstün şəkildə faydalanaq.
    4. İnsan nə qədər ki, düşüncə əhli deyil, maarifdən faydalanmaz.

    Tez-tez Verilən Suallar

    Əl-Ənam ‏ surəsi 98-ci ayə haqqında suallar və cavablar

    Əl-Ənam ‏ surəsinin 98-ci ayəsi nə haqqındadır?
    Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan və Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən və bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur. Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib və bəzisi (hələlik ataların belləri və anaların bətnində) əmanət qoy...
    Əl-Ənam ‏ surəsi 98-ci ayə hansı surədə yerləşir?
    Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 98-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
    Əl-Ənam ‏ surəsi 98-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
    Bəli, Əl-Ənam ‏ surəsinin 98-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
    Əl-Ənam ‏ surəsi 98-ci ayənin təfsiri nədir?
    "Odur sizi bir nəfsdən yaradan. Bəziləri qərarlaşdı (dünyaya gəldi) və bəziləri (pərdələr arxasında, ana bətnində) əmanət saxlanıldı. Biz Öz ayələrimizi anlayan qövm üçün ətraflı bəyan etdik.”   Nöqtələr "Ənşəə” sözündə iki zəruri nöqtə var: İxtira və ardıcıl tərbiyə. İnsanın yaranışında da ixtira və yeniliklər vardır. Eləcə də, bu zaman ardıcıl tərbiyə yaddan çıxarılmamalıdır. Bəli, bir şeyi təkrar yaratmaq və ya yaradıb başına buraxmaq elə də dəyərli deyildir. "Qərarlaşdı” və "əmanət qoyuldu” ...
    Bu ayəni ərəbcə necə oxumaq olar?
    Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.