Əl-Ənam ‏ surəsi · 93-cü ayə

Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi halda «mənə vəhy olunmuşdur» deyən şəxsdən və «mən də tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!» deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (Bərzəx aləminə daxil olmaq günü olan) bu gün Allah barəsində haqsız dediklərinizin və Onun ayə və nişanələrinə (onları qəbul etmək və təslim olmaq müqabilində) təkəbbür göstərməyinizin cəzası olaraq alçaldıcı bir əzabla cəzalandırılacaqsınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 93
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Kimdir ondan da zalım ki, Allaha iftira yaxır və deyir: "Mənə vəhy olub.” Hansı ki, ona heç nə vəhy olunmayıb. Bir də o kəs ki, dedi: "Tezliklə mən də Allahın nazil etdiyi kimi bir şey nazil edərəm.” (Ey peyğəmbər,) bir zaman ki, zalımları ölüm yatağında çırpınan gördün, (ruhunu çıxarmaq üçün) mələklərin əllərini açdığına baxdın, o vaxt ki canın çıxma fərmanı verilir, (deyirlər,) bu gün sizə Allaha iftiralar yaxdığınız və Onun ayələrini ört-basdır etdiyiniz üçün zəliledici əzab veriləcək.”
Nöqtələr
Ayənin nazilolma şəni haqqında deyilmişdir: Vəhy yazmaqla məşğul olan Əbd ibn Səd adlı bir şəxs mürtədlik etdiyi üçün həzrət Peyğəmbər (s) tərəfindən qovulmuşdu. O, camaatı ətrafına toplayıb deyirdi: "Mən də Quran kimi ayələr gətirə bilərəm.” (Bəzi təfsirçilərin fikrincə, ayə həmin bu şəxsin peyğəmbərlik iddiası münasibəti ilə nazil olmuşdur. O da qeyd olunur ki, ayə peyğəmbərin həyatının sonlarında Mədinədə nazil olmuşdur.
"Ğəmərat” ölüm astanasındakı çətinliklər mənasını bildirir. Bu hallarda insanı əcəl öz kamına alır.
Peyğəmbərlik iddiasına düşənlərdən bəziləri ilə tanış olaq: Yəməndə Müsəylimə, Əsvəd Ənsi, Bəni-Əsəddən Təlihə Əsədi. 
İmam Sadiq (ə) buyurmuşdur: "Hun” dedikdə susuzluq halındakı ölüm nəzərdə tutulur: 
Yersiz imamlıq iddiasına düşənləri imam Baqir (ə) bu ayənin müxatəbi sayır. 
Bildirişlər
1. Allaha qarşı iftira əqidə zülmüdür. Azğınların rəhbərlik iddiasına düşməsi isə ən böyük zülmdür.
2. Haqqın düşməni ya haqqı alçaldır, ya da özünü yuxarı qaldırır. Əvvəlcə deyir: "Quran əfsanədir.” Müvəffəq olmadıqda sözünü dəyişir: "Mən Qurandakı kimi cazibəli sözlər söyləyə bilərəm.”. Bu məsələyə "Ənfal” surəsinin 31-ci ayəsində də toxunulur.
3. Haqsız və yalançı iddiaçılar can verəsidirlər.
4. Axirət cəzaları ölüm anından başlayır. Kafirlərə deyilir: "Can ver, öl.” Bu sözlər alçaldılma ilə müşayiət olunur.
5. İnsanın ruhu onun cismindən ayrı və müstəqildir.
6. Vəhy və dinin təhqir cəzası qorxunc və zəliledici əzabdır.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 93-cü ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 93-cü ayəsi nə haqqındadır?
Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi halda «mənə vəhy olunmuşdur» deyən şəxsdən və «mən də tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!» deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (v...
Əl-Ənam ‏ surəsi 93-cü ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 93-cü ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 93-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 93-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 93-cü ayənin təfsiri nədir?
"Kimdir ondan da zalım ki, Allaha iftira yaxır və deyir: "Mənə vəhy olub.” Hansı ki, ona heç nə vəhy olunmayıb. Bir də o kəs ki, dedi: "Tezliklə mən də Allahın nazil etdiyi kimi bir şey nazil edərəm.” (Ey peyğəmbər,) bir zaman ki, zalımları ölüm yatağında çırpınan gördün, (ruhunu çıxarmaq üçün) mələklərin əllərini açdığına baxdın, o vaxt ki canın çıxma fərmanı verilir, (deyirlər,) bu gün sizə Allaha iftiralar yaxdığınız və Onun ayələrini ört-basdır etdiyiniz üçün zəliledici əzab veriləcək.” Nöqt...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.