Əl-Ənam ‏ surəsi - Ayə: 92

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 92
Bu, Bizim nazil etdiyimiz mübarək, özündən əvvəlkiləri (peyğəmbərləri və səma kitablarını) təsdiq edən bir kitabdır. (Onun nazil olması bir sıra məsləhətlərə əsaslanır.) Və (onu həm də) ona görə (nazil etmişik) ki, (vəhy mərkəzi olan) Ümmül-Qura(nın əhalisini) və onun ətrafındakıları (və bütün aləmdəkiləri) qorxudasan. (Keçmiş səma kitablarının və sağlam ağılın köməyi ilə) axirətə imanı olanlar ona iman gətirərlər. Onlar öz namazlarını qoruyarlar (ibadətlərində özlərini Allah qarşısında daxilən alçaldarlar).
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 92. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 92 MÖHSÜN QƏRAƏTİ.

"Nazil etdiyimiz bu mübarək kitab özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq edəndir. (Xalqa ilahi mükafatlardan müjdə verir.) Məkkə əhli və onun ətrafında olan kəslərə xəbərdarlıq et. (Əlbəttə,) axirətə iman gətirənlər ona (Qurana) da iman gətirəcək. Onlar öz namazlarını hifz edirlər.”
Nöqtələr
Ayənin ərəbi mətnində "Litunzirə” sözü "vav” hərfi ilə yanaşı işlənmişdir. Bu onu göstərir ki, Quranda qorxutma ("Litunzirə”) məqsədindən əlavə də məqsədlər var.
Peyğəmbərlər hidayət və qurtuluş müjdəçisi olsalar da, insanda zərəri dəf etmək hissi mənfəət qazanmaq hissindən güclü olduğundan, onun ruhu qorxutmadan daha tez təsirlənir. Quranda qorxutma sözünün müxtəlif formaları müjdə sözünün müxtəlif formalarından daha çox işlənmişdir.
Bildirişlər
1. Quran bütün bərəkətlərin daşıyıcısıdır. (Məsələn, hidayət, ibrət, şəfa, inkişaf, izzət).
2. Quran digər səmavi kitablarla həmahəng olub onları təsdiqləməklə bir daha məqsəd birliyi və işin ilahiliyini göstərir.
3. Təbliğə "Ümmül-qura” (Məkkə) və mühüm mərkəzlərdən başlanılmalıdır. Yalnız sonra əyalətlərə üz tutmaq olar.
4. Quran və qiyamətə əqidə yanaşıdır.
5. İmanın ən aydın təzahürü namazdır.
6. Axirətə iman namazın hifz amillərindəndir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.