Əl-Ənam ‏ surəsi · 9-cu ayə

Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar və onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz də mütləq bu işi) onlara örtülü və anlaşılmaz edərdik (və onlar «bu da bizim kimi bir insandır» deyərdilər).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 9
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər (peyğəmbəri) mələk qərar verərdiksə, hökmən onu bir kişi surətində gətirərdik. (Yenə də deyərdilər ki, bu bizim özümüzdəndir və öz şübhələrini təkrarlayardılar.) Həmin işi onlar üçün şübhəli (seçimli) etdik, necə ki, onlar (öz iradları ilə ) işi başqaları üçün şübhəli etmişdilər.”
Nöqtələr
"Ləbs” sözü pərdələmək, dolaşıq salmaq mənalarını bildirir. "Lubs” sözü isə libas geymək mənasındadır. 
Əgər insanlar üçün peyğəmbər və nümunə mələk olsa, bu mələk nəfs istəkləri tufanında çabalayan insanlara necə rəhbərlik edə bilər?
Ayə belə mənalandırıla bilər: Əgər peyğəmbər mələk olsa, bir kişi surətində zahir olmalıdır. Bu halda o, gözə görünər. Belə bir vəziyyətdə xalq təyin edə bilməz ki, o, insandır, yoxsa mələk.
Bildirişlər
1. İlahi sünnələr, qanunlar hikmətə əsaslanır. Kiminsə istəyi ilə onlar dəyişilmir. "(Ləv”) belə bir məna verir ki, biz öz işimizi görürük və yersiz istəklərlə işimiz yoxdur.)
2. Xalqın tərbiyə və dəvəti üçün insan seçilməlidir ki, o bütün işlərdə nümunə və öncül olsun.
3. Peyğəmbərlər xalqın arasından seçilir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 9-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 9-cu ayəsi nə haqqındadır?
Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə və onların qarşılıqlı anlaşma və münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar və onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz də mütləq bu işi) onlara örtülü v...
Əl-Ənam ‏ surəsi 9-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 9-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 9-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 9-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 9-cu ayənin təfsiri nədir?
"Əgər (peyğəmbəri) mələk qərar verərdiksə, hökmən onu bir kişi surətində gətirərdik. (Yenə də deyərdilər ki, bu bizim özümüzdəndir və öz şübhələrini təkrarlayardılar.) Həmin işi onlar üçün şübhəli (seçimli) etdik, necə ki, onlar (öz iradları ilə ) işi başqaları üçün şübhəli etmişdilər.” Nöqtələr "Ləbs” sözü pərdələmək, dolaşıq salmaq mənalarını bildirir. "Lubs” sözü isə libas geymək mənasındadır.  Əgər insanlar üçün peyğəmbər və nümunə mələk olsa, bu mələk nəfs istəkləri tufanında çabalayan insa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.