"(Bəhanəçi kafirlər) dedilər: (Əgər Məhəmməd peyğəmbərdirsə,) nə üçün ona bir mələk nazil olmayıb (ki, dəvətində ona köməkçi olsun.) "Hansı ki, əgər mələk nazil edərdiksə (yenə inadkarlıq göstərərdilər) və işləri bitərdi, onlara heç bir möhlət də verilməzdi.”
Kafirlərin istəyi əsasında mələk nazil olsaydı, o ya peyğəmbər sifətində, ya da öz həqiqi simasında olmalı idi. Onun həqiqi simasını görməyə isə kimsədə taqət yoxdur.
Şeytani təkəbbür ruhiyyəsi insanı özü kimi bir bəşərə ardıcıllıqdan çəkindirir. Gah deyir ki, nə üçün peyğəmbərlər bizim kimi xörək yeyir, bazarlarda gəzir, bizim kimi geyinirlər? Gah da bir-birlərinə deyirlər ki, əgər özünüz kimisinə itaət etsəniz ziyana düşmüşsünüz.
1. Bəhanəçi kafirlər insanı risalət məqamına layiq bilmir, mələk istəyirdilər.
2. İlahi sünnə, qanuna əsasən, xalqın istəyi əsasında möcüzə göndərilsə və həmin möcüzəni xalq inkar etsə, hökmən həlak olmalıdırlar.
( Peyğəmbərlərin dəvəti azadlıq, təvəkkül, seçim və möhlət prinsiplərinə əsaslanır. Mələyin elçi olaraq göndərilməsi, səmadan süfrə nazil edilməsi kimi istəklər möhləti başa çatdırır və həmin məqamda yeganə yol qəbul etmək olur. Əks-təqdirdə bədbəxtçilik qaçılmazdır.)