Əl-Ənam ‏ surəsi · 89-cu ayə

Onlar kitab (şəriət), hökm (rəhbərlik və hakimlik) və peyğəmbərlik verdiyimiz kəslərdi. Beləliklə, əgər bunlar (Qüreyş kafirləri, səma dinlərinin əsası olan) bu işlərə kafir olsalar, şübhəsiz, Biz (Öz qəti təqdirimizdə gələcək zamanlarda olacaq nəsillərdən onu yerinə yetirən və) ona əsla kafir olmayan bir dəstəni təyin edərik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 89
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar səmavi kitab, hökumət, mühakimə, peyğəmbərlik məqamı verdiyimiz kəslər idi. Əgər bu müşriklər onlara qarşı küfr edib, qəbul etməsələr (narahat olma, çünki) Biz onlara kafir olmayan digər bir qövmü göndərərik.”
Nöqtələr
"Hukm” sözü hökumət, rəhbərlik mənasını bildirir. Bu sözdə həm mühakimə, həm də dərk və əql mənaları var. "Müfrədate-Rağib” kitabında bu söz maneçilik, yayındırmaq kimi mənalandırılmışdır. Əql, mühakimə, haqq hakimiyyət səhv və xilafa mane olduğundan hökm təbiri onlara aid edilmişdir.
"Təfsire-əl-Mənar”, "Ruhul-məani” mənbələrində təfsirçilər nəql edirlər ki, küfr etməyib, haqqı qəbul və himayə edən qövm dedikdə, iranlılar nəzərdə tutulur. 
İmam Sadiq (ə) buyurmuşdur: "Bu əmr sahibinin səhabələri qorunur. Əgər bütün xalq onlardan üz döndərsə, Allah onları səhabəsiz qoymaz. 
Bildirişlər
1. Peyğəmbərlərin hökumət və qəzavət haqları var.
2. Xeyir əməl, islahın önə çəkilməsi, doğru yolun tapılması peyğəmbər sifətlərindəndir.
3. Hər bir məktəbin tərəfdarları və müxalifləri var. Bəzən tərəfdar müxalifətə keçir, bəzən də müxalif tərəfdar olur. Mürtəd və kafir dönüb müsəlman ola bilər.
4. Bir dəstənin küfrə varması haqq məktəbini tərəfdarsız qoymur. Əgər yol haqq və ilahi yoldursa, insanların yaxınlaşıb uzaqlaşması insana təsir etməməlidir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 89-cu ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 89-cu ayəsi nə haqqındadır?
Onlar kitab (şəriət), hökm (rəhbərlik və hakimlik) və peyğəmbərlik verdiyimiz kəslərdi. Beləliklə, əgər bunlar (Qüreyş kafirləri, səma dinlərinin əsası olan) bu işlərə kafir olsalar, şübhəsiz, Biz (Öz qəti təqdirimizdə gələcək zamanlarda olacaq nəsillərdən onu yerinə yetirən və) ona əsla kafir olmayan bir dəstəni təyin...
Əl-Ənam ‏ surəsi 89-cu ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 89-cu ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 89-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 89-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 89-cu ayənin təfsiri nədir?
"Onlar səmavi kitab, hökumət, mühakimə, peyğəmbərlik məqamı verdiyimiz kəslər idi. Əgər bu müşriklər onlara qarşı küfr edib, qəbul etməsələr (narahat olma, çünki) Biz onlara kafir olmayan digər bir qövmü göndərərik.” Nöqtələr "Hukm” sözü hökumət, rəhbərlik mənasını bildirir. Bu sözdə həm mühakimə, həm də dərk və əql mənaları var. "Müfrədate-Rağib” kitabında bu söz maneçilik, yayındırmaq kimi mənalandırılmışdır. Əql, mühakimə, haqq hakimiyyət səhv və xilafa mane olduğundan hökm təbiri onlara aid ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.