NUR TƏFSİRİ: Əl-Ənam surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"O, Allahın hidayətidir ki, bəndələrindən istədiyi kəsi hidayət edir. Əgər şirkə yol versələr, şübhəsiz, gördükləri iş əllərindən çıxacaq.”
Bildirişlər
1. Əsil hidayət Allahın hidayətidir. Başqalarının hidayəti, yol göstərməsi ilğım, boş xəyaldır.
2. Hidayət Allahın işidir. Hətta peyğəmbərin də müstəqil hidayət yolu yoxdur.
3. Şirk insanın gördüyü işlərin məhv və batil olması amilidir.
4. İlahi sünnədə ayrı-seçkilik yoxdur. Hətta peyğəmbərlər də şirkə yol versələr, tənbeh olunarlar. Çünki əsas şəxs yox, haqdır. (Əvvəlki ayələrin peyğəmbərlərə aid olmasını nəzərə almaqla.)
5. Peyğəmbərlər məsumdurlar və heç vaxt şirk tozuna bulaşmamışlar. Ayədəki bu fərziyyə mümkünsüz sayılır və aldatmaq məqsədi daşıyır.
6. İlahi dünyagörüşünə əsasən, işlərin dəyəri onlardakı ixlas, səmimiyyətdən asılıdır. Əgər ixlas olmasa, görülən işlər hədərə gedəsidir.