"(Xatırla) o zaman ki, İbrahim atası Azərə dedi: "Bütləri tanrımı tutursan? Şübhəsiz, səni və qövmünü aşkar azğınlıqda görürəm.”
Təbii ki, "əb” sözü ata mənasını bildirir. Amma ana babaya, əmi və tərbiyəçiyə də "əb” deyilir. Yaqubun övladları da ataları və atalarının əmisinə "əb” deyirdilər. Həzrət peyğəmbər buyurur: "Mən və Əli (ə) bu ümmətin atalarıyıq.” Belə ki, Azər İbrahimin atası yox, əmisi idi. İbrahimin ata-babası isə təkallahçı olmuşdular.
Təbəri, Alusi, Süyuti kimi sünni alimləri də deyirlər: "Azər İbrahimin atası olmamışdır. Bundan əlavə, İbrahim öz ata-anası haqqında dua edir. Hansı ki, müsəlman hətta ən yaxın adamı müşrik olduqda, onun bağışlanması üçün dua edə bilməz.
Bütün deyilənlərdən belə məlum olur ki, ayədə "əb” ata mənasını bildirmir. Onu da qeyd edək ki, tarix kitablarında İbrahimin atasının adı "Tarux” (terax) kimi zikr olunmuşdur.
İbrahim əmisi Azərə hələ ondakı küfr ruhu aşkarlanmadığı bir vaxt dua etmişdi. Amma Azərin haqqı qəbul etmədiyi aşkar olduqda İbrahim ondan ayrıldı.
1. Qohumluq nəhy əz münkərə mane ola bilməz.
2. Münasibətlərdə meyar insanın yaşı yox, haqdır.
(Həzrət İbrahim yaşlı əmisinə haqqı aşkar bəyan edib xəbərdarlıq etmişdi.)
3. Haqqa dəvət edərkən yaxınlardan başlamaq lazımdır. Söhbətdə diqqət əsas məsələyə yönəldilməlidir.
4. Şirk və bütpərəstlik həzrət İbrahimin risalətindən qabaq vardı.
5. Çoxluq, yaş batili haqq etmir və hər bir şəraitdə dəyər sayılmır.
6. Bütpərəstlik sağlam vicdan və ağılın məzəmmət etdiyi azğınlıqdır.
7. İbrahim həlim təbiətli olsa da, və peyğəmbər hətta fironla da yumşaq danışmalıdırsa, həzrət İbrahim bu ayədə əmisinin küfrdə israrına xatir sərtdir.