Əl-Ənam ‏ surəsi - Ayə: 76

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 76
Beləliklə, gecə onun üzərinə qaranlıq pərdə çəkən zaman o, bir ulduz gördü (və müşriklərlə mübahisə etmək üçün) dedi: «Bu mənim Rəbbimdir.» Elə ki, (həmin ulduz) batdı (İbrahim) dedi: «Mən batanları sevmirəm».
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 76. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 76 MÖHSÜN QƏRAƏTİ.

"Elə ki, gecə ona pərdə çəkdi, bir ulduz görüb dedi: "Bu, mənim Rəbbimdir.” Elə ki, (ulduz) qürub etdi, o dedi: "Mən zavala uğrayanları sevmirəm.”
Nöqtələr
Həzrət İbrahimin dövründə ulduzpərəstlik yayılmışdı. İnsanlar ulduzun tədbir qüdrətinə malik olduğunu düşünürdülər.
Sual: Həzrət İbrahim kimi böyük bir peyğəmbər bir an da olsa ulduz, ay və ya günəşə pərəstiş edə bilərdimi?
Cavab: Həzrət İbrahimin müşriklərlə söhbəti qəlb əqidəsini bəyan etmək yox, qarşı tərəfin əqidəsini rədd etmək məqsədi daşıyırdı. Növbəti iki ayədə "ey qövm” müraciəti "bu mənim Rəbbimdir” deyimindəki yanaşma, yola getmə məqsədini göstərir. Həzrət İbrahim ay və günəşin batdığını gördükdə «sizin şirkinizdən üz döndərdim»-deyə buyurur. (ayə 78)
Bundan əlavə, əvvəlki ayədə oxuduq ki, Allah göy və yer səltənətini İbrahimə göstərdi və o, yəqinə çatdı. Ayənin "fa” hərfi ilə başlaması, haqqında danışılan ilahi səltənət və yəqinin uyğun növ dəlillərlə nəticələnməsini göstərir. (Ərəb qrammatikasına əsasən.)
Doğan və batan bir mövcud, qanunlara hakim yox, məhkumdur. Həzrət İbrahim sonradan uyğun baxışı rədd etmək üçün əvvəlcə müvəqqəti olaraq onu qəbul etdiyini bildirir.
Bildirişlər
1. Haqqı sübuta yetirmə üsullarından biri əvvəlcə batil əqidədə olanlarla həmfikirliyi izhar edib sonra onu rədd etməkdir.
2. Fitrətləri oyatmaq, düşüncələri hərəkətə gətirmək, diqqəti hisslərə yönəltmək ən üstün təbliğ üsullarındandır.
3. Həqiqi məhbub üçün məkan, zaman məhdudiyyəti yoxdur.
4. Məbud məhbub və ibadət aşiqanə olmalıdır. Dinin ruhu eşqdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.