"Növbəti dəfə ayı tülu və parlayan halda gördükdə dedi: "Bu mənim Rəbbimdir.” Elə ki, (ay) qürub etdi dedi: "Əgər Rəbbim məni hidayət etməsəydi, şübhəsiz, azğın dəstələrdən olardım.”
"Baziğ” sözü parçalamaq və qan axıtmaq mənasını bildirir. Burada isə günəş və ay zülmət pərdəsini yırtır və onların ətrafında bir qızartı müşahidə olunur.
İbrahim həm ulduzpərəstlər, həm də ay-günəşpərəstlərlə üz-üzə gəlmişdi. Bir çox təfsirçilərin bildirdiyinə görə, həzrət İbrahim Babil məntəqəsinin müşrikləri ilə qarşılaşmışdı.
İnsan hər hansı ehtimalla çıxılmaz vəziyyətə düşdükdə inadkarlıq göstərməməli, yolu dəyişməlidir. "Kişi dediyindən dönməməlidir” deyiminin əksinə olaraq, ayə bizə buyurur: "Kişi odur ki, mövqeyini dəyişməklə də olsa, sözü haqq olsun.”
Ötən ayənin bir, iki və üçüncü bildirişləri bu ayəyə də aiddir.
4. Tənqiddə "addım-addım” üsullardan istifadə etməliyik. Ötən ayədə buyuruldu: "Mən zavala uğrayanları (batanları) sevmirəm.” Bu ayədə isə belə buyurulur: "Aya pərəstiş azğınlıq və zəlalətdir.”
5. Haqqı tanıma yolunda ilahi feyz və hidayətə arxalanmaq lazımdır. İlahi yardımsız şirin maarif çeşməsinə yetişmək olmaz.
6. İnsanın daxili bir itkisi var. Bəzən bu itkinin axtarışında olan insan onun oxşarları ilə rastlaşır və azır. Bu mövzu ilə ardıcıl olaraq iki ayədə rastlaşırıq.
7. Peyğəmbərlər də ilahi hidayətə ehtiyaclıdırlar.
8. Hidayət rübubiyyət şənindədir.