Əl-Ənam ‏ surəsi - Ayə: 78

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 78
Elə ki, günəşi çıxan və (üfüqlərə) işıq saçan halda gördü, dedi: «Bu mənim Rəbbimdir, bu daha böyükdür!» (Günəş) batanda isə dedi: «Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 78. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 78 MÖHSÜN QƏRAƏTİ.

"Elə ki günəşi doğmuş gördü, dedi: "Budur mənim Rəbbim! Bu, (ayla ulduzdan) daha böyükdür.” Amma elə ki, (günəş) qürub etdi, dedi: "Ey mənim qövmüm! Həqiqətən, mən Allaha şərik qoşduğunuza düşmənəm.”

     

    Nöqtələr
    Bu ayədə də həzrət İbrahim öz əqidəsini yox, qarşı tərəfin əqidəsini ortaya qoyur. "Sizin şərik qoşduğunuz” ifadəsi həzrət İbrahimin şəxsən özünün aya, günəşə və ulduza sitayiş etmədiyini göstərir. 
    Bildirişlər
    76-cı ayənin bir, iki və üçüncü bildirişləri bu ayə üçün də qüvvədədir.
    4. Cisimlərin kiçik-böyüklüyü mühüm deyil. Bütün cisimlər dəyişən və müvəqqətidir. Ona görə də cismi Allah saymaq olmaz.
    5. Haqqın təlim və batilin tənqid üsulu addım-addım olmalıdır. Əvvəlcə ulduz və ay, nəhayət, günəş inkar olunur.
    6. Şirkdən cana yığılma, şirklə düşmənçilik İbrahimə xas bir fəryaddır.
    7. Düşmənçilik fərdlərlə yox, şirkə yönəlmişdir.
    8. Əvvəlcə dəlillər bəyan olunmalı, sonra arxa çevrilməlidir. (Əvvəlcə tülu və qürub bəyan olundu, sonra şirkə arxa çevrildi.)
    Müəllif: MÖHSÜN QƏRAƏTİ.