Əl-Ənam ‏ surəsi - Ayə: 80

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 80
Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 80. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 80 MÖHSÜN QƏRAƏTİ.

"Qövmü onunla danışıq və höcətləşməyə başladı. O dedi: "Yoxsa Allah haqqında mənimlə höcətləşirsiniz? Bir halda ki, O, məni hidayət etmişdir və mən sizin Ona şərik güman etdiklərinizdən qorxmuram. Allahımın istəyi istisnadır. (Hətta mənə bir zərər toxunsa, bütlərin yox, Allahın istəyidir.) Allahımın elmi hər şeyi əhatə etmişdir. Öyüd götürmürsünüzmü?”
Bildirişlər
1. Batil əhli təəssübkeşdir. (Borclunu rahat buraxdıqda tələbkarlıq etdiyi kimi, azğın qövm də öz şirkindən xəcalət çəkmək əvəzinə alimlik iddiası edir.)
2. Batil əhlinin təəssübü və inadkarlığı təəccüb doğurur.
3. Bir Allaha inanan (müvəhhid) tənha qalsa da, cəmiyyətlə baş-başa gəlməkdən narahat olmur.
4. Haqqı axtarmaq insanın, hidayət Allahın işidir. (Peyğəmbərlər də ilahi hidayətə ehtiyaclıdırlar.)
5. İlahi hidayətə nail olan üçün qorxu yoxdur.
6. Allahdan qeyrisindən qorxmamaq tövhid nişanəsidir. (Müşriklər həzrət İbrahimi bütlərin intiqamını alacaqları ilə hədələyirdilər.)
7. Bütlərdən və zalım hakimlərdən qorxu şirk əqidəsindən qaynaqlanır. (Bütlərdən qorxu bütpərəstlik təəssübü doğururdu.)
8. Hər bir hadisənin təsiri və rolu Allahın iradəsinə bağlıdır.
9. Rübubiyyət, elmi əhatəsi olana layiqdir.
10. Həqiqət fitri və vicdani bir şeydir və onu tanımaq üçün xatırlama kifayətdir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.