Əl-Ənam ‏ surəsi - Ayə: 83

Məkkəvi Quran-ı Kərim
Əl-Ənam ‏ surəsi - Ayə: 83
O (tovhid barəsindəki dəlillər), Bizim dəlil-sübutumuz idi ki, qövmünün müqabilində İbrahimə əta etdik. İstədiyimiz şəxsi dərəcə-dərəcə ucaldırıq (və İbrahimi peyğəmbərlik, imamət və dostluq dərəcələri ilə ucaltdıq). Doğrudan da sənin Rəbbin xilqət və şəriətdə möhkəm yaradılış sahibi və (hər şeyi) biləndir.
بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ قُلْ هُوَ اللَّهُ أَحَدٌ

Əl-Ənam ‏ surəsi 83. Ayənin Təfsirləri

NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 83 MÖHSÜN QƏRAƏTİ.

"Bu (növ dəlil) qövmü qarşısında Bizim İbrahimə verdiyimiz höccətdir. İstədiyimiz kəsi (layiq bilsək) yüksək dərəcəyə çatdırarıq. Həqiqətən, sənin Rəbbin hikmət sahibi və biləndir. (Elm və hikmət əsasında insanların məqamını ucaldır.)
Nöqtələr
Əvvəlki ayələr tövhid və şirk haqqında idi. Bu ayələr ötən ayələrin xülasəsi yerindədir. Necə ki, hədisdə buyurulur: "Zülm dedikdə bu ayədə şirk nəzərdə tutulur.” 
Bəzi rəvayətlərdə zülm şəkk-şübhə kimi mənalandırılmışdır.  Əlbəttə ki, bəzən şirk ixtiyarsız, araşdırmanın müqəddiməsi kimi ortaya çıxır. Bəzən isə şəkkin səbəbi bəhanə olur. Bu növ şəkk zülmdür. 
İmam Baqir (ə) buyurmuşdur: «Bu ayə, həyatı boyu bir an belə şirkə yol verməmiş həzrət Əli (ə) haqqında nazil olmuşdur.» 
"Ləbs” sözü örtmək mənasını bildirir. İman fitri olub heç vaxt məhv olmadığından, güman ki, söhbət onun üstünün tozla örtülməsindən gedir.
Bildirişlər
1. İmanın bəlası zülm, şirk və qeyri-ilahi rəhbərlərin ardınca getməkdir.
2. İmanın hifzi imanın özündən mühümdür.
3. Gerçək əmin-amanlıq və hidayət iman və ədalət sayəsində mümkün olur. (Nə zalım möminlər, nə də imansız ədalətlilər hidayət oldu.)
4. İman xalisləşənədək təşviş var.
5. Tədbir və müdiriyyət üçün elm və hikmət iki zəruri şərtdir. (Nəzərə alaq ki, "Rəbb” sözünün lüğət mənası müdir, tərbiyəçidir.)
6. Cəmiyyətin azğınlıqları qarşısında dəlillə dayanan müvəhhid şəxsin dərəcələri var.
7. İlahi dərəcələr insanlara hikmət əsasında verilir.
Müəllif: MÖHSÜN QƏRAƏTİ.